Sənətçilərdən Rəşad Dağlıya DƏSTƏK PAYLAŞIMLARI - FOTO

Hazırda oxunan: Sənətçilərdən Rəşad Dağlıya DƏSTƏK PAYLAŞIMLARI - FOTO

103604

Xəbər verdiyimiz kimi, ötən gün meyxanaçı Rəşad Dağlı qonşusu,  1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirib.

Bizim.Media xəbər verir ki, söz xiridarının sənət yoldaşları sosial şəbəkə hesabında Rəşadla bağlı paylaşımlar ediblər.

Meyxanaçı Namiq Qaraçuxurlu “İnşallah, tezliklə azadlığa çıxarsan. Ailənin, bütün sevənlərinin yanında olasan. Dualarımız səninlədir Rəşad” sözlərini yazıb.

Meyxanaçı Ağamirzə Məmmədov “Hələ də şokdayam. Allah köməyimiz olsun” deyə fikrini bildirib.

Meyxanaçı Orxan Lökbatanlı  “Allah sənə yar olsun, qardaş” Rəşadla birgə çəkilən fotoya şərh yazıb.

Meyxanaçı Balaəli Maştağalı Rəşad Dağlıya bu sözlərini ünvanlayıb:

“Qardaşım, Allah sənin köməyin olsun. Allah sənə azadlığı nəsib etsin. Əzab çəkə-çəkə bunu paylaşdım, bilmirəm necə edim, hara gedim, neyləyim. Dolaşıb qalmışam... Əlimizdən nə gəlir, nə lazımdır, gücümüz çatana qədər yox, çatmayana qədər yanındayıq. Biz səninləyik. Səbrli olaq, dua edək. Bizim dövlətimiz, millətimiz sənətkara dəyər verəndir, dayaq olandır”.

Meyxanaçı Tərlan Novxani “Allah sənə yar olsun. Tez bir zamanda bu sıxıntıdan uzaq ol, dəyərli sənətkarımız” fikrini ifadə edib.

Müğənni Xatun Əliyeva Rəşadın söylədiyi meyxanadan bir parça yayımlaraq “Bu həyatda qorxduğun şey başına gəlirmiş” şərh yazıb.

Müğənni Üzeyir Mehdizadə “Çox təəssüf edirəm. Rəşad, Allah köməyin olsun, inşallah” sözlərini yazaraq, meyxanaçıya dəstək olub.

Müğənni Fədayə Laçın Rəşad Dağlıya ürək sözlərini belə yazıb:

“Bir şair ömrü də belə getdi. Allah qapını açsın, Rəşad. İnşallah, Allah sənə də rəhm edər. Sənətinə görə çətin işlərin asana çevrilər. Dualarımızdasan, Xızının qartalı. İnsanda bəxt yaxşı şeydir”.

Müğənni Manaf Ağayev “Allah köməyin olsun qardaş. Sən dəyərli sənətkar, hörmətli oğlansan. Allah tezliklə qapını açsın, inşallah” sözlərini qeyd edib.

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Rəşad Əliyev, Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin