Namiq: “Ümid edirəm ki, Rəşadın günahsız olduğu üzə çıxar” - VİDEO

Hazırda oxunan: Namiq: “Ümid edirəm ki, Rəşadın günahsız olduğu üzə çıxar” - VİDEO

103581

“Ucundan, qulağından bəzi şeylər eşitmişəm. Elə adamam ki, sözümə hörmət edirəm. Dəqiq bilmədiyim hadisə haqda danışmıram. Dünən bu xəbər hamımızı sarsıtdı”.

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu “Səhərin səsi” verilişində deyib.

Sənətçi, ötən gün qətl hadisəsi törədən Rəşad Dağlıdan söz açıb. Qaraçuxurlu bildirib ki, Rəşad həbsxanada olsa belə əsərlərini yazacaq.

“Dünən dostumun oğlunun ad günündə idim, özümü yaxşı hiss etmirdim. Rəşad yaxşı sənətkardır. Son vaxtlar daha yaxın idik. Onunla 10-15 gündən bir danışırdıq, yazışırdıq ki, görüşək. Son söhbətimiz isə oktyabrın 13-dən sonra olmuşdu. Amma qismət olmadı.
Qarşı tərəfin yaxınlarına səbr diləyirəm. Ələkbər Yasamallıının bibisi oğlu kimi tanıyıram. Elə yazırlar ki, sanki bitdi. Rəşadın özü və sənəti hər zaman yaşayacaq. Bəzi məsələlərə pozitiv yanaşmaq lazımdır. Məşədi baba da zindan həyatı yaşayıb.

Dünyasını dəyişəndən sonra bizə qalan əl yazmaları və əsərləri oldu. Ümid edirəm ki, Rəşadın günahsız olduğu üzə çıxar, azadlığa çıxar. Ümid sonda ölür. Rəşad orada da yazacaq, sənət xiridarlarını söz baxımından ac qoymayacaq, bayrağı daim əlində saxlayacaq. Sənət adamlarını qorumaq lazımdır.

Onları məişət səviyyəsinə endirmək lazım deyil: bu sözü niyə dedi, niyə bunu oxudu, niyə belə geyindi. Allah qapısını açsın”.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində saat 05:00 radələrində baş verib. Qətli törətdikdən sonra meyxanaçı Yasamal rayonu Polis İdarəsinə gələrək qətli törətməsini etiraf edib”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin