Bəzən qınayırlar ki, kişi ikinci dəfə ailə qurur, qadın ayrıldı. İnsan həyatında nə olacağını bilmir. Adam ikinci sevgisini tapırsa, heç kim nəsə deyə bilməz".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, ayrılıqların günahı kişidə yox, qadındadır:
"Bir kişinin ikinci dəfə ailə qurmasını istəmirlərsə, həyat yoldaşlarına daha çox sevgi göstərməyi, qadın olmağı bacarsınlar. Kişi ikinci dəfə ailə qurmağı seçməsin. Kişilər nə istəyir? Sığal, nəvaziş, oturub bir yeməyi qadınla ləzzətlə yeməyi istəyir. Kişi qulluq sevir, ilk özünü düşünür.
Bir evdə kişi ikinci dəfə ailə qurursa, səbəbkar ikinci yox, birinci qadındır. Qadın qadın olsun ki, kişi elə addım atmasın. Nə qədər güclü qadın olsa da, zəif kişini belə məcbur yanında saxlaya bilməz", - deyə Şəbnəm fikirlərini ifadə edib.
Qeyd edək ki, Şəbnəm Tovuzlu birinci nikahından Günel adlı qızı var. Yaxın günlərdə onun toyu olacaq. İkinci nikahından isə Əli adlı oğlu var. Şəbnəm iş adamı Hacı Ramil ilə evlidir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:19 / 05.11.2022
Şəbnəm Tovuzlu: "Kişi ikinci dəfə evlənirsə günah qadındadır"
Hazırda oxunan: Şəbnəm Tovuzlu: "Kişi ikinci dəfə evlənirsə günah qadındadır"
Hazırda oxunan: Şəbnəm Tovuzlu: "Kişi ikinci dəfə evlənirsə günah qadındadır"
102968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.