Sentyabrın 30-da 5 aylıq evliliklərini 5 dəqiqə içində boşanaraq sonlandıran Hadisənin keçmiş həyat yoldaşı, milyonçu iş adamı Mehmet Dinçerlerin ona verdiyi 3 milyon lirəlik (təxminən 274 min manat) nişan üzüyünün aqibəti bəlli olub.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçi üzüyü təkrar dəyərləndirməyə verib.
Zinət əşyasının qiymətinin 10 min avro (təxminən 16 min manat) olduğu ortalığa çıxıb.
Bundan sonra Hadisə üzüyü sataraq, pulu heyvan birliklərinə bağışlayıb.
Qeyd edək ki, Mehmet Dinçerler Hadisədən boşandığı zaman üzüyü ondan geri istəyib.
Bundan sonra isə üzüyün orijinal deyil, replika (kopya) olduğu üzə çıxıb.
Rəşad Əliyev, Bizim.Media