Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz yeni döyməsi ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında döyməsinin görüntülərini paylaşan futbolun dəlisov azərkeşi ayağına İtaliyanın "Milan" klubunun hücumçusu isveçli Zlatan İbrahimoviçin portrerini döydürüb.
İbrahim yeni döyməsi haqqında isə bunları yazıb:
"Bilmirəm, demişdim ya yox, mən Zlatan İbrahimoviçin fanatıyam. Uzun müddətdir onun portretini döymə etdirmək istəyirdim, amma inanmırdım ki, Azərbaycanda kimsə mənim istədiyim kimi işləyə bilər bu döyməni. Nəhayət arzuma çatdım. Hələ dərim sağalma dönəmindədir. Siz buna bir də 1 aydan sonra baxın".
Qeyd edək ki, bu, İbrahim Çingizin ilk döyməsi deyil. Onun bədəninin müxtəlif yerlərində onlarla həm kiçik həm də böyük ölçüdə döymələri var.
İbrahim Səməd Vurğun adına Rus Dram Teatrının aktyorudur.
Rəşad Əliyev, Bizim.Media