Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənovun Dubayda başına xoşaqəlməz iş gəlib.
Bizim.Media xəbər verir ki, adrenalin yaşamaq üçün yüksək sürətdə "kvadrasikl" idarə edən bloger qəza keçirib.
Bu haqda Hüseyn sosial şəbəkə hedabında məlumat verib.
Qəza nəticəsində Hüseyn sol ayağından ciddi xəsarət aldığını bildirib. Yerli klinikaların birinə çatdırılan bloger əlil arabasında "MRT" müainəsinə aparılıb. Orada onun ayağının sındığı aşkar olunub. Travmatoloq tərəfindən Hüseynə ilkin tibbi yardım göstərilib və ayağına gips qoyulub.
Xəstəxananı əlil arabasında tərk edən Həsənov klinikada göstərilən tibbi yardımın həddindən baha olduğundan şikayətlənib. O, sosial şəbəkə hesabında sonda klinikaya ödəməli olduğu çekin fotosunu yayımlayıb. Məbləğ isə 4,741 dollar (təxminən 8059 manat) olub.
Rəşad Əliyev, Bizim.Media