“Əsl sənət adamı mənim kimi olmalıdır. Sənət adamı tökülüb, itməməlidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.
Səhnə geyimlərinə diqqətlə yanaşan sənətkar həmkarlarını geyim tərzlərini “başına qaxınc edib”.
“Görürsən ki, bəzi müğənnilər efirə gəlirlər, şalvarının arxası sallanıb. Elə bil ki, arxasına kubik bağlayıblar. Telefonu o qədər arxa cibində saxlayıb ki, şalvar o yükə artıq tab gətirmir. Toya isə yırtılmış şalvarda gəlir. Sən xalq içinə çıxırsan. O gödəkçədən də, şavardan da hamı geyinə bilər. Sən elə geyinməlisən ki, o 500 insanın və 10 milyon əhalinin içində seçiləsən”, - deyə C.Məmmədov bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:12 / 01.11.2022
Cavanşir Məmmədov həmkarlarını ƏLƏ SALDI: “Şalvarlarının arxası sallanır” - VİDEO
Hazırda oxunan: Cavanşir Məmmədov həmkarlarını ƏLƏ SALDI: “Şalvarlarının arxası sallanır” - VİDEO
Hazırda oxunan: Cavanşir Məmmədov həmkarlarını ƏLƏ SALDI: “Şalvarlarının arxası sallanır” - VİDEO
102247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.