Boşanan Mina Hüseyn: “Hamilə olsaydım, uşağıma görə ayrılmazdım” - VİDEO

Hazırda oxunan: Boşanan Mina Hüseyn: “Hamilə olsaydım, uşağıma görə ayrılmazdım” - VİDEO

101757

“Noyabrın 17-də boşanmağımla bağlı məhkəmə prosesi olacaq. Sənəd imzalayıb boşanma kağızını götürəcəyəm. Artıq imza atdım. Hər şey bitdi. Hər kəs özünə yaraşanı etdi. Mənim üçün hər şey çox dəyərli idi. Amma təəssüf ki, mən ailə qurmaq xəyallarımla, o isə yalanları ilə yadda qaldı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

Həyat yoldaşı Sərxan Həsənovla boşanmaq ərəfəsində olan sənətçi ondan mal-mülk bölgüsünü tələb etmədiyini söyləyib.
“Qarşı tərəflə üz-üzə gəlmək istəmədim. Mənə yaşatdıqlarını onu görərək yada salmaq istəmirəm. Çox fədakarlıqlar etdim. Hər şeyə öz qəlbim və saflığımla yanaşdım. Amma qismət belə imiş. Onun mənə heç bir şeyi, malı-mülkü lazım deyil. Mən ondan mal-mülk tələb etməmişdim. Onun yalanlarına görə, ayrıldım. 6 ay ərzində birlikdə olduq, mənə çox yalanlar danışdı”.

Mina hamilə olduğu təqdirdə Sərxandan ayrılmayacağını və münasibətlərini bərpa etməyə çalışacağını bildirib. 

“Hamilə olsaydım, uşağıma görə ayrılmazdım. Nə qədər çətin də olsa, övladıma görə münasibətlərimi yenidən bərpa etməyə çalışardım. Hətta uşaq olmasa da, münasibəti qorumağa çalışırdım. Amma gördüm ki, bu insanı dəyişmək mümkün deyil.

M.Hüseyn onu sosial şəbəkədə ailə qurması ilə bağlı “dar ağacına” asan izləyicilərinə də sərt mesajlar ünvanlayıb. 
“Sosial şəbəkədə izləyicilər mənə yazırdılar ki, sənin kimi açıq-saçıq geyinən bir müğənnini kim alacaq. Amma mən iki yaş məndən kiçik cavan bir subay bəylə ailə qurdum. Həyatda hər şey ola bilər. Mən yaxşı qız olmasaydım, o mənimlə ailə qurmazdı. Əsas odur ki, insanlar bir-birini gərək başa düşsün. Mən istəməzdim belə olsun”. 

Qeyd edək ki, M.Hüseyn S.Həsənola mart ayında gizli şəkildə ailə qurub. Aylar sonra sənətçi ərindən ayrıldığını və boşanmaq üçün işlərə başladığını açıqlayıb.

O, bu addımını həyat yoldaşının onu aldadaraq, özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin