Bahar Lətifqızı: "İkinci dəfə bu dünyaya gəlmək istəmirəm" - VİDEO 

Hazırda oxunan: Bahar Lətifqızı: "İkinci dəfə bu dünyaya gəlmək istəmirəm" - VİDEO 

101662

“Bu həyatı indi yaşayırıq, şirindir. Bu dünyaya ikinci dəfə heç vaxt gəlmək istəmərəm. Bilsəm ki, cəh-cəlal içində yaşayacağam, yenə də bu dünyanın ayrılıqlarına, ölümlərinə, haqsızlıqlarına dözə bilmərəm. Bu balaca çiyinlərimdə o yükü daşımaqdan yorulmuşam”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı qonaq olduğu “Günün sədası” verilişində deyib.  

Sənətçi həyatında rastlaşdığı ayrılıqlara və acılara görə ikinci dəfə dünyaya gəlmək istəmədiyini bildirib:  

“İkinci dəfə bu dünyaya gəlmək kimi bir məsələ olarsa, Allahıma dönə-dönə yalvararam ki, məni bu dünyaya gətirmə, istəmirəm. Nə yaşamışamsa, pis və ya yaxşı, bilmirəm səhv və ya düzgün eləmişəm, bu hadisələri mən yaşamışam. Bu mənimdir. Heç kim mənə gülməsin. Elə adamlar var ki, gəlib öyüd-nəsiyyət verir. Hələ bilmək olmaz ki, səhər orada nə olacaq və mənə nələrsə deyən insana nə olacaq. Mən gördüklərimdən zövq almıram.

Övladlarımdan, yaxşı dostlarımdan zövq alıram. Amma bu dünyanı sevmirəm. Bu həyatda ayrılıqlar çoxdur. Uşaqlar öv valideyinlərindən ayrılır. Bunlara dözmək üçün gərək vecsiz olasan. Amman mən belə ola bilmirəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin