Günay İbrahimli: “O qədər xəyanət gördüm ki...” - VİDEO 

Hazırda oxunan: Günay İbrahimli: “O qədər xəyanət gördüm ki...” - VİDEO 

101632

“Hər zaman pişikdən iyrənən, ürpən olmuşam. Pişik gələndə divanın, stulun üstünə çıxırdım. İnana bilməzdim ki, illər sonra pişikləri bu qədər sevə bilərəm”  

Bizim.Media xəbər verir  ki, bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.  

Sənətçi bildirib ki, insanlardan aldığı neqativ enerjini evində saxladığı pişiklər öz üzərlərinə çəkirlər:  

“İnsanlardan özümə qarşı o qədər xəyanət gördüm ki... Tədbirlərə gedirdim, insanlardan neqativ enerji alırdım, qeyri-səmimilik münasibəti, paxıllıq görürdüm. Yalandan üzünə gülürdülər. Hiss edirdim ki, bu ortamı tərk etməliyəm. Gəlirdim evə, pişiyi əlimə alan kimi hiss edirdim ki, aldığım o neqativi üzərinə götürdü. Hətta beş-altı pişiyim neqativ enerjimi götürdüyünə görə ölüb”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin