Kamilə Babayeva: “Ərköyünlüyə zamanım olmadı” - VİDEO

Hazırda oxunan: Kamilə Babayeva: “Ərköyünlüyə zamanım olmadı” - VİDEO

101584

“Anam zəhmli qadındır. İndiyə kimi ondan çəkinirəm. Bir gün mənə yüksək səslə söylədi ki, Kamilə bir də heç kimə yaşını demə. Bu, yaxşı deyil. Dedim yaxşı, bundan sonra demərəm. 

Bundan sonra yaşımı gizlədirəm, söyləmirəm. Sonradan anladım ki, söhbət məndən yox, anamın yaşından gedir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Kamilə Babayeva qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Televiziya ulduzu verilişdə ailəsindən söz açıb: 

“Ailədə tək uşağam. Ərköyün övlad olmadım. İş elə gətirdi ki, ərköyünlüyə zamanım olmadı. Anam ziyalıdır. O, illərlə “Din-tarixi muzeyi”nin direktoru olub. Tarix fakultəsini bitirib. Hədsiz dərəcədə rəngli və çox maraqlı qadındır. Rəfiqələrim hər zaman ürəkdən arzu edirlər ki, anam da bizlə bir yerdə olsun. Atam isə məhkəmə tibb eksperti olub. Həkim olub. Amma o çox cavan yaşlarından dünyasını dəyişib. Anam məni nənəmlə birgə böyüdüb”. 

Qeyd edək ki, Kamilə Bababayeva "Azərtibtəchizat" MMC-nin qanuni təmsilçisi İbrahim İdris oğlu Rzabəyovla evlidir. Cütlük 9 iyun 2012-ci ildə ailə həyatı qurub. Onların Natella adlı övladı var.

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin