Kəmalə: "Ərimə dedim ki, get, evlən uşağın olsun" - VİDEO 

Hazırda oxunan: Kəmalə: "Ərimə dedim ki, get, evlən uşağın olsun" - VİDEO 

101508

Müğənni Kəmalə Qaramollayeva şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.  

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Nahara az qala" mətbəxt şousunda uzun müddət övladının olmamasından söz açıb.  

Kəmalə bildirib ki, övladı olmadığı üçün həyat yoldaşına ondan boşanıb başqa qadınla evlənməyi təklif edib:

"Kənardan üzərimizə təzyiqlər çox idi. Övlad məsələsi heç bizim yadımıza belə düşməzdi. Həyat yoldaşım və məndə elə bir cahillik yoxdur ki, deyək ki, uşaq olmursa mütləq problem qadındadır. İkimiz də yoxlandıq. Aydın oldu ki, uşağımızın olmaması mənim səhhətimlə əlaqədardır. Amma həyat yoldaşım dedi ki, sən rahat ol, mən səninlə uşağa görə qurmamışam ki, indi də ayrılım.

Düşündük ki, əgər əgər övladımız olmasa, körpələr evindən uşaq götürərik. Tərəddüd edirdim. Çünki gəncəm, istəyirdim öz övladım olsun.
Ərim o sözü söylədikdən sonra hardasa rahat oldum. Amma ona söylədim ki, get, yenidən evlən. Əgər bir insan sağlamdırsa, onun övladı ola bilərsə, onu niyə bədbəxt edim?! Amma Allah bizə övlad bəxş elədi".  

Qeyd edək ki, müğənni türk vətəndaşı Teymur adlı şəxslə evlidir. Cütlüyün bu nikahdan bir oğlan övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin