“İstədim bu movzuya toxunmayim, amma sonra fikirləşdim ki, niyə də reallığı deməyim. Bu incəsənət aləmində kim deyirsə ki, dost var, cox yalan danışır”.
Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov sosial şəbəkə hesabında yazıb.
Sənətkarın övladı atasının həmkarlarından gileylənib. Peyman bildirib ki, atasının mahnılarını ifa edən sənətçilər bir dəfə də olsun onun məzarını ziyarət etməyiblər.
“2017-ci ildə nənəm rəhmətə getdi. Demək olar ki, bütün mügənnilər məclisinə gəlmişdi, cünki atam sağ idi. Amma 2021-ci ildə atam rəhmətə gedəndə çox az sayda muğənni gəldi, cünki atam yox idi. Əgər pandemiya idisə, ilinə gələrdilər. Qəbrini ziyarət edərdilər. Sağlığında atama qardaş deyənlər də necə dəyişdisə, mən onların necə rol oynadıqlarına belə məəttəl qaldım.
Bəstələdiyi, ifa etdiyi mahnıları efirlərdə oxuyan muğənnilər bir dəfə olsun, atamin məzarı üstə gəlmədilər”.
Qeyd edək ki, ötən il COVID-19-a yoluxan B.Əşrəfov aprelin 26-da dünyasını dəyişib. Mərhum müğənni doğulduğu Masallı rayonunun Bədalan kəndində torpağa tapşırılıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:41 / 24.10.2022
Baloğlan Əşrəfovun oğlu: "Atamın mahnılarını oxuyanlar bir dəfə də olsun məzarını ziyarət etməyiblər"
Hazırda oxunan: Baloğlan Əşrəfovun oğlu: "Atamın mahnılarını oxuyanlar bir dəfə də olsun məzarını ziyarət etməyiblər"
Hazırda oxunan: Baloğlan Əşrəfovun oğlu: "Atamın mahnılarını oxuyanlar bir dəfə də olsun məzarını ziyarət etməyiblər"
100900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.