Rusiyada səfərbərlik elan olduqdan sonra bir çox məşhurlar və onların övladları təcili şəkildə ölkələrini tərk etməsi Xalq artisti Alla Puqaçovanın nəvəsi Nikita Presnyakovdan da yan keçməyib.
Bizim.Media rus mətbuatında istinadən xəbər verir ki, sənətkarın nəvəsinin bir neçə həftədən sonra ABŞ-ın Kaliforniya ştatında olması ilə bağlı görüntüləri üzə çıxıb.
Belə ki, həmin kadrlarda Nikitanın Los-Ancelesin gecə klublarının birində əyləndiyi əks olunub.
Xatırladaq ki, daha əvvəl Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov səfərbərliyə çağırılması ilə bağlı xəbərləri təkzib etmişdi.
Rəşad Əliyev, Bizim.Media