"Baxın, görün, aparıcılar hansı hərəkətlərə yol verirlər, kimi tərifləyir, kimi söyürlər? Əvvələr televiziya kanallarının sayı az idi. Amma böyük məktəb keçmiş insanlar orada çalışırdı. Onlar verilişlərə dəvət edilən insanlarla necə söhbət edəcəklərini çox gözəl bilirdilər".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Xuraman Qasımova qonaq olduğu "Açıq söhbət" verilişində deyib.
Sənətkar "Estrada ifaçılarını götürsək, səhnə var? Səhnə artıq restoranlarda, toyxanalarda deyilmi" sualına bu cür münasibət bildirib:
"Çox nadir hallarda efirlərə və verilişlərə çıxıram. Getdiyim verilişə də bilmək istəyirəm ki, qarşımda oturacaq və mənimlə həmsöhbət olacaq aparıcı kimdir. Studiya necə olacaq? Bunu bilmək isə haqqımdır. Elə səviyyəsiz insanlar var ki,... Yalan danışan, sizə doğru məlumat verməyən, tariximizi, musiqimizi dəyişən şəxslər var.
İfaçılarımız haqda heç bir biliyi olmayan gəncləri çağırıb, onlardan söhbət açırlar. Sən haradan bilirsən ki, Niyazi nəyi sevib, necə hərəkətlər edib? Niyə onu qəddar və sərt insan kimi tanıyırlar? Axı o, elə deyil, siz onlarla elə söhbət etməmisiniz. Niyə belə şeylər danışırsınız?"
Opera və vokal ifaçısı gündəmdə olan müğənnilərin efirlərdə özlərini tərifləməsini və qeyri-etik davranışlarını tənqid edərək, mədəniyyətsiz adlandırıb:
"Bunlar hamısı savadsızlıqdan, mədəniyyətsizlikdən irəli gəlir. Daxili aləmi boşdur, zəngin deyil. Geyim, yemək, oturmaq, gəzmək, hərəkət etmək, baxış belə mədəniyyətdir. Tamaşaçılar bu cür ifaçılara baxıb bəyənirlər.
Onları isə, siz aparıcılar və verilişlər tanıdırsız. Dünən çıxan ifaçı deyir ki, böyük musiqiçiyəm, hər yerdə tanınıram. Axı sizi hələ tanımırlar. Bəlkə müəyyən çevrə sizi tanıyır. Sənəti özlərində sevsinlər, özlərini sənətdə və səhnədə yox".
X.Qasımova özü ilə bərabər bacısı Fidan Qasımovanın sənətdən getməsini onlara olunan haqsızlıqla əlaqələndirib:
"Biz uzun müddət səhnədə olmalı idik. Lakin dərinə getmədik. Mənə və bacım Fidan xanıma qarşı çox böyük haqsızlıqlar olub. Teatrdan yox oluruq. Gözə görünməyən bir şey. Heç kim bunu bilmir? Nə oldu bunlara?".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:00 / 22.10.2022
Xuraman Qasımova: "Bunlar hamısı savadsızlıqdan və mədəniyyətsizlikdən irəli gəlir" - VİDEO
Hazırda oxunan: Xuraman Qasımova: "Bunlar hamısı savadsızlıqdan və mədəniyyətsizlikdən irəli gəlir" - VİDEO
Hazırda oxunan: Xuraman Qasımova: "Bunlar hamısı savadsızlıqdan və mədəniyyətsizlikdən irəli gəlir" - VİDEO
100677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.