Dünyanın ən gözəl qadını sayılan fələstin əsilli supermodel Bella Hadid İtaliyanın Fendi moda evinin nümayişində podiuma çıxıb. O, sinəsini göstərən şəffaf bir parça olan qəşəng paltar geyinib.
Bizim.Media xəbər verir ki, Hadid şəkilləri İnstagram səhifəsində yerləşdirib.
Azarkeşlər defilədən zövq alıblar. "Kraliça", “Sən idealsan", “Çox gözəlsən", “Sevinirik ki, sizi yenidən podiumda görürük!”. Fotoya belə şərhlər yazılıb.
“Fendi”nin kolleksiyasını Naomi Campbell, Kate Moss və Kara Delevin kimi supermodellər də təqdim edib.
Bizim.Media