Brilliantdan ACI ETİRAF: "Bətnimdə bir neçə uşağım 4-5 ayında tələf olub" - VİDEO

Hazırda oxunan: Brilliantdan ACI ETİRAF: "Bətnimdə bir neçə uşağım 4-5 ayında tələf olub" - VİDEO

100664

"Bəzən indiki atalara baxıb məəttəl qalıram. Bizim atamız tam başqa adam idi. Ümumiyyətlə, dərdimi deyən insan deyiləm. Həmişə özümdə saxlayıram. Bu, artıq xasiyyətdir. Yəqin ki, anam da olsaydı, ona deməzdim. Bəlkə də öyrəşməmişəm, ya da yoxdur".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "YouTube"da yayımlanan "AStar" layihəsində qonaq olduğu zaman deyib.

Atasında danışarkən, göz yaşlarına boğulan sənətçi, hər zaman problemlərini özü həll etdiyini dilə gətirib:

"Problemlər olanda məsələn, universitetdə nəsə baş verəndə müəllimlərim məni müdafiə ediblər. Amma atamın heç xəbəri olmayıb. İstəməmişəm ona deyim. Heç kimin qanını qaraltmaq istəmirəm. Problemlərimi özüm həll etmişəm, ancaq sevincimi bölüşməyi xoşlamışam. Bu, mənim artıq xislətimdə, təbiətimdə var".
Dadaşova, oğlu Cahaddan danışaraq bildirib ki, övladını evləndirmək istəsə də, o, buna tələsmir:

"Əslində onun ağlı kəsməmiş bunu etməli idik. Çünki məclislərə gedirəm, görürəm uşaqları 20-22 yaşında evləndirirlər. Ağlı kəsməmiş daha rahat olur. Ağlı kəsəndən sonra isə çox seçici olurlar. Qızlar bəzən ana olmaq üçün vaxtında ailə qurmağa məcbur olurlar. Amma oğlan üçün belə problem olmadığından bir vaxt gəlir baxır, seçmir, hər insanla xasiyyəti tutmur. Bir az zövq məsələsi var, nə bilim hələ ki, uzanır".

Şəxsi həyatından söz açan Brilliant uzun illər əvvəl bətnində bir neçə körpəsinin tələf olduğunu etiraf edib:

"Biz, xüsusən mən çox cəhd etdim ki, bir neçə uşağımız olsun. Olmadı, çünki pis vaxta düşdük. Hələ Azərbaycan yeni-yeni ayağa qalxır, formalaşırdı, müharibə var idi, cəbhə bölgələrinə gedirdim. Elə 3-4 uşağım dörd-beş aylıq olanda düşüb.
Hamilə olanda gəlmişik rayondan cəbhə bölgəsinə, oradan da birbaşa xəstəxanaya uşağım tələf olub. Növbəti dəfə demişəm ki, heç yerə getməyəcəyəm, bu uşağı qorumaq lazımdır, amma yenə deyiblər ki, “filan cəbhə bölgəsində sorğu apardıq bəlkə də 1 aydan sonra onlar həyatda olmayacaqlar sizi görmək, "Bayatılar" mahnısını eşitmək istəyirlər”.

Deyirdim yox, getməsəm, bunu özümə bağışlamaram. Gedirdim, konsert, falan və ya ölkəyə qonaq gələndə qarnımı bağlayırdım gedirdim və yenə uşaq tələf olurdu. Hamısı da oğlan. İndi mənim 5 oğlum olacaqdı, futbol komandası, amma olmadı".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin