"Əlimdə olsa, ara musiqilərini efirlərdən tam yığışdıraram. Həmin o ara mahnılarını oxuyan müğənniləri isə qoyaram 20 yanvarın "kruqu"nda qalsın. Əvvəllər ara mahnıları ifa edən müğənnilər elə yerlərdə, avtovağzallarda oxuyurdular. Onlar efirə çıxmırdılar. Avtovağzal gəlib efirə".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Həm bayağı mahnılardan, həm də onları oxuyan bayağı müğənnilərdən əsəbiləşən sənətçi keyfiyyətli musiqinin təbliğatını aparmaq istədiyini açıqlayıb:
"Çalışaram ki, xaricdə konsertlər təşkil edim. Azərbaycan musiqisini tanıdaram. Muğam bizi yaxşı tanıtdı, adam fəxr edir. Amma musiqimizin digər janrlarını da təbliğ edərəm. Yaxşı musiqiçiləri efirə çıxararam. Çünki xalq balaca uşaq kimidir, necə tərbiyələndirsən, elə olacaq”.
Səidə uzun müddətdir efirə çıxmamasının səbəbini isə bu fikirləri ilə ifadə edib:
“Efirə çıxmıram. Bir müğənninin illəri var, o da həmin kresloda otursun, “fıntırış” mahnı oxuyan da. Hər kəs ayrılmalıdır. Məsələn, brend mal, bir də “kitayski” olan var. Hamısını bir-birinə qatmaq olmaz. Ayırırsan ki, bu markadır, digəri “bozbaş”. Bunları ayırsan, düzələcək”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:52 / 22.10.2022
Səidə ƏSƏBİLƏŞDİ: "Avtovağzal mahnıları efirə gəlib" - VİDEO
Hazırda oxunan: Səidə ƏSƏBİLƏŞDİ: "Avtovağzal mahnıları efirə gəlib" - VİDEO
Hazırda oxunan: Səidə ƏSƏBİLƏŞDİ: "Avtovağzal mahnıları efirə gəlib" - VİDEO
100619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.