“Dədə” Süleyman xəstəxanaya yerləşdirildi - Ayağı qanqren olub, vəziyyəti kritikdir - FOTO/VİDEO

Hazırda oxunan: “Dədə” Süleyman xəstəxanaya yerləşdirildi - Ayağı qanqren olub, vəziyyəti kritikdir - FOTO/VİDEO

100429

Xəbər verdiyimiz kimi, uzun müddətdir səhhətində problem olan “Dədə” ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Əməkdar artist Süleyman Abdullayev xəstəxanaya yerləşdirilib.  

Bizim.Media xəbər verir ki, bu barədə aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat verib.  

Sənətkarın evindən xəstəxanaya yerləşdirilənə qədər çəkilən fotoları Hacı Nuran “Instagram”da izləyiciləri ilə bölüşüb: 

“Biz  verdiyimiz sözə əməl etdik. Əməkdar artisti xəstəxanaya yerləşdirdik. Düzdür, 83 yaşlı sənətkarın evdən çıxarılması çox riskli idi. Hətta bəziləri bunun mümkünsüz olduğunu deyirdi.

Amma Azərbaycanın səhiyyə sistemində mümkünsüz olan heç nə yoxdur. Biz bunu qardaşım Xalq artisti Ağadadaş Ağayevlə bir daha sübut etdik. Dədə Süleymanı əllərimizdə düşürüb, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırdıq. Hazırda Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən xanəndə həyatla mücadilə aparır.

Ayağı qanqren olub, vəziyyəti kritikdir. Amma Allahdan ümid heç vaxt üzülməz”.

Qeyd edək ki, bir neçə gün əvvəl S.Abdullayevin qızı Aygün atasının səhhətinin ağır olduğunu, şəkər xəstəliyindən və "qanqren"dən əziyyət çəkdiyini, eyni zamanda ürəyinin 30%-nin fəaliyyət göstərdiyini, ciyərlərinə isə su yığıldığını açıqlayıb.     

Rəşad Əliyev, Bizim.Media
 





















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin