Türkiyəli pop ulduz Hadisə ilə boşanan milyonçu iş adamı Mehmet Dinçerler Cem Adrianın konsertində görüntülənib.
Bizim.Media xəbər verir ki, iş adamı konsertdən çıxarkən “Kanal D”nin kamerasına tuş gəlib.
Maqazin müxbirinin “Hadisə ilə boşandıqdan sonra heç bir açıqlama vermədiniz. Nələr söyləmək istəyərsiniz?” sualına Dinçerler “Bilirsiniz də mən çox danışmıram. Heç nə söyləməyəcəyəm” cavabını verib.
Media mənsubu iş adamın arxasıyca düşərək boşandığı ilə bağlı müxtəlif suallar versə də, qarşı tərəf telefonla danışaraq irəlidə onu gözləyən avtomobilə əyləşərək məkanı tərk edib.
Qeyd edək ki, aprelin 30-da nikahlarını rəsmləşdirən Hadisə ilə Mehmet 5 aydan sonra - sentyabrın 30-da beş dəqiqə ərzində rəsmi şəkildə boşanıblar.
Rəşad Əliyev, Bizim.Media