Getmə, Əsəd, vuracaqlar...

Hazırda oxunan: Getmə, Əsəd, vuracaqlar...

99619

Demək, İntiqam Qasımzadə gedib katibliyə, Əsəd Cahangiri şərləyib ki, məni təhqir edib.

xa0

Bu qoca kahinlər 70-80 yaşlarında da şər-şəbədə və NKVD şantajlarından əl çəkmirlər.

xa0

Ən dəhşətlisi bu deyil.

xa0

Ən dəhşətlisi budur ki, bu şər-şəbədə və NKVD şantajları nəticə verir.

xa0

Əsədi müdafiə etmirəm.

xa0

Hətta düşünürəm ki, ona haqq oldu!

xa0

Bir neçə həftə öncə Əsədə yazdığım elektron məktubu bura atardım da, sadəcə bəzi şəxsi məsələlər olduğu üçün istəmədim.

xa0

Məktubun ictimai və küll ədəbiyyatımıza yansıyan tərəfi bu idi ki, bəy, torbanı tikirlər.

xa0

Oturub-durduğun, yazılarını yalandan təriflədiyin, məclislərdə içib mahnı oxuduğun yaltaq və istedadsız şəxslərin əliylə...

xa0

Səni vuracaqlar, bəy!

xa0

Çünki bunu bir dəfə də etmişdilər və sən ibrət götürmədin.

xa0

Palçığa ikinci dəfə girdin.

xa0

Özünü hamıdan ağıllı hesab edirsən, ancaq üzünə gülüb daldada fatihəni oxuyanlardan xəbərin yoxdur.

xa0

Halbuki bunu uşaq da bilirdi.

xa0

Sadəcə, sənə qarşı səmimi olub yazan, deyən yox idi.

xa0

Nə veclərinə?!

xa0

Bəy, “Azərbaycan”x9d jurnalındakı baş redaktorluq eşqin uzaqdan çox gülməli və miskin görünür.

xa0

Orda baş redaktor olmağın yollarından o qədər xəbərsizsən ki, sənə hətta indiki müavinlik postu belə artıq gəlir.

xa0

Bəy, Anarı tanımırsan.

xa0

Qorxu və vəzifə eşqi gözlərini elə bağlayıb ki, səni asanlıqla uçuruma yuvarlaya bilərlər.

xa0

Öz ibtidai manevrlərinlə adamı lap mütəəssir edirsən.

xa0

50 il yaşayan, 40 il oxuyan, 30 il işləyən adam necə bu qədər sadəlövh olar?

xa0

Bəy, bu uşaqlıq, bu məsumluq, bu yazıqlıq və bu kimsəsizlik yalnız halal ədəbiyyatla ovunub təskinlik tapardı.

xa0

Sən orda olmalı idin.

xa0

Allahın sənə verdiklərinə xəyanət etməli deyildin.xa0 xa0

xa0

Yüzillik AYB məkr-siyasəti qarşısında qurbanlıq quzu kimi görünürsən.

xa0

O hiylələr, o fırıldaqlar, o üçlük kartla nömrə gəlmələr sənin içinə sirayət etmədi.

xa0

Sən onlardan ola bilmədin.

xa0

Amma buna çox çalışdın.

xa0

Çox çalışdın və çox pis günə düşdün.

xa0

Çünki sən o deyildin.

xa0

Bu sənin işin deyildi.

xa0

Missiyan deyildi.

xa0

Sən tamam başqa işlər üçün yaranmışdın.

xa0

O işlər ki, onları bu xarabada yalnız sən görə bilərdin.

xa0xa0xa0xa0

Bəy, İntiqam Qasımzadənin eynən 37-ci illər sayaq səni nə qədər imkan var o qədər güdaza verməsindən və bu şər-böhtan kampaniyasının “Ağ saç, qara saç”x9d kitabını həsr elədiyin baş yazardan bu qədər soyuqqanlılıqla dəstək almasından daha böyük faciə bilirsən nədir: sənin bu vur-çatlasına hələ də inanmamağın!

xa0

Adam bu qədərmi sadəlövh olar?

xa0

Hələ də özünü məcbur edirsənxa0ki, bütün baş verənlər yuxu olsun və qalxıb başqa bir vəziyyət görəsən.

xa0

Boynun boyunduruqdan ötrü ölür, bəy!

xa0

Sənin kimisinə kömək əli uzatmaq da bihudədir.

xa0

Çün gərək qurtulmağı özün istəyəsən.

xa0

Sən qandalı öpmüşlərdən oldun.

xa0

Sən hətta repressiyaya da layiq görünmürsən bu an.

xa0

İntiqamın səni satmağına, güdaza verməyinə də!

xa0

Səd-əfsus! (Kulis)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin