Saxta hakimiyyət, qondarma respublika, yalançı seçki...

Hazırda oxunan: Saxta hakimiyyət, qondarma respublika, yalançı seçki...

95320
Separatçılar yenə “seçki”x9d keçirdilər. Bu dəfəki şounun adını “özünüidarə orqanlarına seçki”x9d qoydular. Gülməlidi...Özləri kənardan idarə olunan bu bədbəxtlər, kimi və nəyi idarə edəcəklər?! Beş-on kağız-kuğuzu qaralayıb yamaqlı qutulara tullamaq heç də seçki sayılmır. Əslində daşnakların bu “addımı”x9d qəbuledilməz olsa da, “başadüşüləndi”x9d. Bu  “seçki”x9d işğal altında olan Azərbaycan torpaqlarında illərdən bəri keçirdikləri, heç bir hüquqi əsası olmayan saxta “seçkilərin”x9d növbəti “ssenarisi”x9d, etdikləri səhvin tərkib hissəsidi. Bu həm də emənilərin beynəlxalq aləmi çaşdırmaq hiyləsi, havadarlarının qarşısında “tarixi”x9d borclarıdı.
     
Bu sıradan olan “seçkiləri”x9d özləri keçirir, özləri tanıyır. Daha doğrusu, özləri çalır, özləri də oynayır...Onu da qeyd edim ki, bu “seçki-şouda”x9d iştirak edəsi əhali belə yoxdur ki, gedib qutuya kiminsə də “adını”x9d atsın, bu aksiyada iştirak etsin. Odur ki, qutuya kağız doldurmaq üçün xarici dövlətlərdən dilənib-yığdıqları pullarla bir sürü muzdlu “seçicilər”x9d tutur, beynəlxalq aləmin “gözünə kül üfürmək”x9d istəyirlər. Ancaq bu “siyasi”x9d gedişləri uğur qazanmır ki, qazanmır. Nə seçkilərini tanıyan, nə də səslərinə səs verən olur. İstər xarici dövlətlər, istərsə də beynəlxalq qurumlar artıq bu hiyləgər toplumun iç üzünə bələddirlər. İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın indiyə kimi keçirdiyi bütün “seçkilər”x9d beynəlxalq ictimaiyyət tərəfindən legitim hesab edilməyib və onun nəticələri tanınmayıb.
      
Bir daha xatırladım ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanat da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının bir daha təsdiqidi.
Bu gün əksər ölkələr ermənilərin saxta “tarixçilərinin”x9d, siyasi işbazlarının əlindən təngə gəlib. Vaxtı ilə göstərdikləri hər hansı bir yumşaq münasibətdən istifadə edən bu toplum, bir acı “loxma”x9d olub həmin ölkələrin boğazına tıxanıb. Bu gün beynəlxalq hüquq normalarına saymazyana yanaşan, heç bir xarici qurumların qərarlarına əhəmiyyət verməyən daşnaklar, yəqin bir gün qanun qarşısında cavab verəcək, elədikləri nadanlıqların müqabilində tutarlı cavablarını alacaqlar. Onda da quyruqları qapı arasında qalacaq. Quyruğu qopana da bizim millət “tula”x9d deyir. Bu gec-tez olacaq... 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin