BIZ DÖZÜMLÜ XALQIQ SİLSİLƏSİNDƏN

Hazırda oxunan: BIZ DÖZÜMLÜ XALQIQ SİLSİLƏSİNDƏN

62740

Fikrimcə, bizdə səbrlə dözüm arasında sərhəd çoxdan itib.

Hər şeyin müvəqqəti çətinlik olmasını özümüzdə aşılayırıq. Həmin x”x9d nöqtəsi gəlir, istəklərimiz gerçəkləşmir. Növbəti y”x9d nöqtəsin axtarmırıq. Çünki x”x9d nöqtəsinə yetişməməyimiz vizual y”x9d nöqtəsi üçün motivasiyanı məhv edib. Ayları, illəri beləcə asanlıqla itirik. Problemlər ağırlaşır, mürəkkəbləşir və daha sərt forma almağa başlayır. Ağırlaşmış problemi həll etmək isə daha böyük resurs tələb edir. Resurs çatışmazılığı isə problemə təslim olmaq və ona dözmək hissimini ortaya çıxarır. Bir də gözümüzü açıb görürük ki, tədbirli və ağıllı bizlər dönüb olmuşuq dözümlü insan. Demək, dözümlü insan problemlərə reaksiyasızlıq hiss edən insandır. 
Biz o zaman səbrli insan adlana bilərik ki, qarşımızda olan problemi həlli etmək gücümüzə böyük inamımız mövcud olsun. Bu təsəlli və yalançı səbr üçün olmamalıdır. Sadəcə özümüz üçün dəqiqləşdirməliyik ki, nəzərdə tutulan problemin həll olunmasına zaman kəsiyi və müvəqqəti bəs etməyən resurslarımız imkan vermir. Buna görə səbr edirik. Səbr etdikcə, bəzən problemin şiddəti qazandığımızı resursun həcmindən artıq olur. Beləliklə, 1 ilimizi eyni cür keçirməklə, 2 ilimizi itiririk. İndi sayın, görək biz müxtəlif problemlərimizə neçə il itirmişik və itiririk?

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin