Dözüm simvolu...

Hazırda oxunan: Dözüm simvolu...

60961

Kim nə deyir desin, ancaq 20 % torpaqları işqal altında olan respublikamızda hərbi qulluqçuların mənzillərlə təminatı məsələsində tələsməyə dəyməz. Nə olsun ki, bir iki hərbiçi bu tip ədalətsizliyə dözməyərək az qalır özünü kirayədə qaldığı evin damından atsın? Ay qardaşlar, ABŞ-ın, Avropa Birliyinin və yaxud digər üzdən iraq təşkilatların təziqi qarşısında duruş gətirən ölkəmiz bir iki canından bezmişin sözü ilə öz mənliyini aşılayaq təziqlə iş görəcək?!                                              

22 il dövlətimizə qüsursuz xidmət edən bir vətəndaş olaraq düşünürəm ki, əslində belə də olmalıdır... Xeyir ola ölkədə kimsə hərbiçilərimizin qeydinə qalsın?! Hərbiçilər ölkənin ən dözümlü vətəndaşlarıdırlar. Əslində, bəlkə də onları ölkəmizin dözüm simvolu adlandırmaq düzgün olardı...

Baxmayaraq ki, ölkədə bütün digər vətəndaşların həyatını asan xidmətlə yüngülləşdrirlər, hərbiçilər asan xidmət barədə düşünməməlidirlər. Asan xidmət sözünü onlara heç bir aidiyyatı yoxdur. Bu cür qeyri ciddi xidmət barədə düşünmək hərbiçilərin döyüş qabiliyyətinə mənfi təsir göstərir.

Hərbiçilər yalnız döyüş postlarında, səngərlərdə əzab əziyyət çəkməlidirlər. Hərbiçilərin ailə üzvləri isə ailə başçısı ilə paralel olarak çətin xidmət proseini keçməlidirlər. Məsələn kirayyə evlərdə yaşamaqla...

Dünya bazarında neft qiymətlərinin aşağı düşməsi və yerli hasilatın azalması səbəbindən get gedə ölkəmizin maliyyə durumunda problemlərin yaşana biləcəyini nəzərə alaraq ölkədə vəsait qənaətinə bir başa hərbi qulluqçulardan başlamaq lazım olduğunu düşünürəm. Yox- yox, məni səhv başa düşməyin, hərbi təyinatlı dəmir dümürə yenə də olduğu kimi milyardları xərcləmək lazımdır. Axı dəmir ildən ilə köhnəlir... Onları daimi olaraq yeniləmək lazımdır. Hərbiçilər isə köhnəlməzlər... Onlar dəmirdən də dözümlüdürlər.

Əgər ehtiyac olarsa hərbi qulluqçuların aylıq məvaciblərini ehtiyyat vəsait kimi saxlamaq lazımdır. Misal üçün, gələn il respublikamızda keçiriləcək avropa idman oyunlarına hazırlıq tədbirlərinə böyük vəsait xərcləndiyindən, hərbi qulluqçuların məvaciblərini hədiyə olaraq idmançılarımıza peşkəş etmək lazımdır. 

Peşkəş demişkən, il ərzində hərbiçilərimizə verilməsi üçün ayrılan 2-3 mənzili də əzablı xidmətlərinə görə idmançılarımıza hədiyyə etmək qoğru olardı. Nədən axı onlar qələmi iti media işçılərimizdən geri qalsınlar?!
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hərbi qulluqçularımıza şikayət etmək, etiraz bildirmək “Zapadlodur”. Bu hərbiçiyə yaraşmayan hal kimi artıq sovetlər birliyinin vaxtından düşüncələrdə yaşamaqdadır.

Hərbiçilərin özləri bir yana, hətta onların ailə üzvləri, yəni həyat yoldaşları, övladları kirayyə evlərdə yaşamaqdan qürur duymalıdırlar...Axı bu məşəqqətin özü də bir sınaqdır...

- Obyektin sosial durumu  nə qədər acınacaqlı  olsa, əməliyyatln gedişi bir o qədər ürəkaçan olar, - aforizmini məhşur Viktor Suvorov elə belə demirdi. Çox böyük ustalıqdır ki, bu aforizmin Dərbənt keçidinin o tayındakı müəllifləri bu tayındakı həmkarları ilə elementlərini razılaşdırıblar. Əks təqdirdə hərbi qulluqçularımıza olan münasibəti anlamaq mümkün olmazdı...

 

Tərlan Qurbanov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin