Erməni uzaqgörənliyi və kabab qonaqlığı

Hazırda oxunan: Erməni uzaqgörənliyi və kabab qonaqlığı

59666

(Bu, heç bir fakta əsaslanmayan mənasız bir lətifədir...)

Azərbaycanlı deputatlardan biri AŞPA-nın iclasında odlu-alovlu danışırmış. O, bu qurumun Azərbaycan və Ermənistana ikili münasibət bəsləməsindən gileylənirmiş:

-Necə olur, biz erməni əsirlərinə hər gün kabab yediririk. Ən yaxşı həbsxanalarda saxlayırıq. Öz siyasilərimizə göstərmədiyimiz rəftarı onlardan əsirgəmirik. Ermənilər isə bizim əsirlərlə vəhşicəsinə davranırlar. Nədənsə siz bunları görmür, anti-milli ünsür olan müxalifətin başına açdığımız oyunlardan danışırsınız. Ermənistana gəlincə isə onların bəd əməllərinə, xüsusilə bizim əsirlərlə kobud rəftarına göz yumursunuz. Sizin bu ikili standart mövqenizi Allah qəbul etməz.
AŞPA-nın iclasını aparan avropalı siyasətçi danışdıqca ağzı köpüklənən deputatın qınaqlarına tab gətiməyərək onu dayandırmağa məcbur olur.

-Mister filankəs, sizə elə gəlmir ki, hər zaman olduğu kimi bu dəfə də səhvi başqasında axtarırsınız? Axı, Avropalılar nə edə bilər ki, müsəlmanlar ermənilər qədər uzaqgörən deyillər?

Azərbaycanlı siyasətçi daha da qəzəblənir:

-Necə yəni, ermənilər uzaqgörəndirlər, siz yox? Bəyəm, əsirə qarşı vəhşilik uzaqgörənlikdir?

-Mister filankəs, əfv edərsiniz. Siz məni səhv başa düşdünüz. Mən ermənilərin sizdən yaxşı millət olduğunu demədim. Demək istəyirəm ki, siz də onlar kimi uzaqgörən olsaydınız, erməni kürəkən qazanmaq siyasətinə vaxtında önəm verərdiniz. İndi həmin kürəkənlər və bacıoğlanları hakimiyyətdə olar, öz dayılarının dilində danışan əsirlərə gündə kabab yedirərdilər...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin