Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə yenə də müxtəlif fikirlər səslənməkdədir. “Bu görüşdən nə gözləmək olar?” sualına cavab vermək üçün Fransanın Emənistandakı səfiri Anri Renonun Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən gözləntiləri barədə dediklərinə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, Paris zirvəsi problemin dinc yolla həllinə alternativ olmadığının təsdiqi olacaq və əlavə edib ki, müzakirələrin əsasında üç prinsip duracaq: “Ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə haqqı və güc tətbiqindən imtina”. Başqa sözlə köhnə hamam, köhnə tas”¦
Bu üç prinsipin birlikdə tətbiq edilməsi cəhdinin nə
demək olduğunu nəzərdən keçirək. Əvvəla “Ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə
haqqı” prinsiplərinin eyni zamanda, ayrlmadan Dağlıq Qarabağ münaqişəsinin həllinə
imkan verə bilərmi sualına cavab verək. Qəti əminəm ki, bu sualın cavabı mənfidir!
Birinci, ermənilər artıq bir dəfə, Azərbaycanın əzəli torpaqlarında öz müqəddəratını
həll edib (?) faşist təbiətli, oyuncaq
Ermənistan “dövlətini” yaradıblar. İkinci, tarixdən az-çox xəbəri olan hər
kəs bilir ki, ermənilər Azərbaycanın əzəli və əbədi ərazisi olan Dağlıq
Qarabağa gəlmədirlər. Dünyada elə bir nümunə varmı ki, gəlmə millət yeni məskunlaşdığı,
ona heç bir aidiyyatı olmayan ərazilərdə özünün iki dövlətini yaratsın? Başqa
sözlə, qeyd edilən iki prinsipin birlikdə tətbiqi cəhdi əslində münaqişənin həllinə mane olmaq istəyindən başqa bir şey deyil və
bu üçüncü -“güc tətbiqindən imtina”- prisipinin ortaya atılması ilə “möhkəmləndirilir”!
Hər kəsə məlumdur
ki, Azərbaycan işğal edilmiş ərazilərin, o cümlədən Dağlıq Qarabağın, işğaldan azad edilməsi müqabilində Dağlıq
Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət hüququ verməyə hazır
olduğunu dəfələrlə bəyan edib. Əgər həmsədr dövlətlər Dağlıq Qarabağ münaqişəsinin “Ərazi bütövlüyü və millətlərin
öz müqəddəratını təyinetmə haqqı” prinsipi əsasında, sülh yolu ilə həllinin tərəfdarıdırlarsa
nəyə görə bu ərazidə yaşayan ermənilərin öz müqəddəratlarını referendum yolu ilə
həll etmələrində israrlıdırlar və münaqişənin Madrid prinsipləri üzrə aparılmasına
çalışırlar? Məlumdur ki, Madrid prinsiplərinə görə, Ermənistan qoşunları ilk mərhələdə
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan çıxmalı, Laçın və Kəlbəcər
ikinci mərhələdə boşaldılmalıdır. Prinsiplər Ermənistanla Dağlıq Qarabağı birləşdirən
dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək
referendumda müəyyən etməyi nəzərdə tutur,
yəni bu prinsiplər sonda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına hesablanıb!
Həmsədrlər Azərbaycanın öz əzəli və əbədi
torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman razı
olmayacağını bilirlər. Ermənilərin sülh yolu ilə işğal etdikləri torpaqlardan
çıxmayacaqlarını da bilirlər”¦və bunu heç istəmirlər də! Ona görə də, Azərbaycana
təzyiq edirlər, hətta şantaj edirlər, hər vəclə Ermənistanı müdafiə edirlər,
münaqişənin hərb yolu ilə həllinin ölkəmizə baha başa cələcəyini açıq mətnlə bəyan
edirlər! Və həmsədrlərin bu mövqiyi 20 ildən artıqdır ki, dəyişməz olaraq davam
edir!
Qeyd edilənlər göstərir ki, “Azərbaycan və Ermənistan prezidentlərinin
Paris görüşündən nə gözləmək olar?”
sualının bir cavabı var- heç nə! Bu görüş də, əvvəlkilər kimi, nəticəsiz
qalacaq. Sadəcə olaraq bəyan ediləcək ki, hər iki president münaqişənin sülh
yolu ilə, danışıqlar vasitəsilə həllinə tərfdar olduqlarını bir daha qeyd ediblər.
VƏSSALAM!
Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında
gedən danışıqların təhlili göstərir ki, bu münaqişənin sülh yolu ilə həllinin
yalnız bir yolu var-Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına razı olmaq. Azərbaycan
heç zaman bununla razılaşa bilməz!!! Deməli bu münaqişənin beynəlxalq hüquq
normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin
bir yolu qalır-hərb yolu! Beynəlxalq gücləri təmsil edən Qərbin xristian dövlətləri,
eləcə də Rusiya, öz torpaqlarını işğaldan azad etmək üçün Azərbaycanın
genişmiqyaslı hərbi əməliyyatlar keçirməsinə imkan verməzlər. Ancaq çıxış yolu
var- Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün lokal müharibələr yolunu
seçə bilər. Bi-iki belə əməliyyatların həyata keçirilməsi ermənilərə və onların
havadarlarına “duş effekti” verəcəyinə əminəm!
Teyyub Qənioğlu
BAXCP Ali Məclisinin sədri






























































































