Tarixi Şans

Hazırda oxunan: Tarixi Şans

44130

Bu gün dilini, mədəniyyətini,mənəvi dəyərləri və milli kimliyini sevən Talış kökənli hər bir soydaşımız üçün unikal situasiya yetişib. 

İllərlə arzu etmişik ki, balalarımız öz ana dilində - bal kimi şirin - şəkər Talış dilində təhsil alsın, ünsiyyət kəssin. Biz arzu etmişik ki, Azərbaycanın aborigen xalqlarından biri olan talışların öz televiziyası, öz radio məkanı olsun. Biz öz dilimizdə çıxan mətbu orqana, teatr tamaşalarına, efirlərdən səslənən qədim və möhtəşəm bicar, halay nəgmələrinə, bayatılara, nagıllara tamarzı qalmışıq...

Biz bütün varlıgımızla niyyət etmişik ki, nəvələrimiz öz babalarının, nənələrinin dilində danışsınlar. Ogul ”“ qızlarımız öz ata-analarının milli kimliyindən utanmasınlar - əksinə, Talış mənsubiyyətindən , qədim və ləyaqətli bir xalqın övladı olduqlarından fəxarət duysunlar.

Qardaşlarım, bacılarım, mənim əziz, dogma Azərbaycanımın Talış vətəndaşları! Bu gün belə bir imkan ”“ TARİXİ BİR ŞANS yaranıb. Bizi sıxan və narahat edən bir çox problemlərimiz ən yüksək səviyyədə öz həllini tapa bilər. Hər halda , buna böyük ümüdlər yaranıb. Və bizlər nəhayət ki, arzularımıza qovuşa bilərik, İstək və ümüdlərimiz gerçıkləşə , reallaşa bilər.

Bunun üçünsə, sadəcə cılız umu - küsüləri , giley- güzarları , dedi - qoduları kənara qoymalı, kəsib atmalı və xalqımızın milli mənafeyini öz kiçik maraqlarımızdan üstün tutmalıyıq!

Allah ”“ Təala hamımıza bu müqəddəs İŞDƏ yar olsun! Amin!

 

Seyran Rəfiyev

Azəri ”“ Talış İctimai Birliyi sədrinin müavini


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin