Xalid Kazımlıya ittiham dolu ismarış...

Hazırda oxunan: Xalid Kazımlıya ittiham dolu ismarış...

39895

Xalid Kazımlının Əli Kərimli əleyhinə böhtan dolu məqaləsi mənin üçün təəccüblü deyil, o bu işə vərdişkardır. Onun ömrünü əhəmiyyətli hissəsi Əli Kərimliyə qara yaxmaq olub. Adam düppədüz Əli Kərimli ilə yaşıddır. Başı intiriqadan ayılıb özünü analiz eləmir ki, qardaş, mən də tələbə olmuşam, Əli Kərimli də, mən də siyasətdə olmuşam, o da, mən də yazmışam, o da. Aradakı fərqi anlamaq lazımdı. Əminəm, o anlayır və sadəcə paxıllığı da belə əsassız fikirləri tirajlayır. Mən onun bütün yazdıqlarını cümlə -cümlə yalan çıxarmağa hazıram, amma apaydın yalana niyə vaxt ayıraq? Xalidin özündən başqa onu yazdığı böthanı ixtiyarı birinə inanan varsa o adama izahat verməyə, diskusiyaya girməyə hazıram. Mən onun cəfəngiyyatına ümumi yanaşma etmək istəyirəm.

 Birincisi, təəccüb içindəyəm ki, bu insan atadır, müdriklik yaşın haqlayıb, amma niyə hələ də yalan yazır, obyektivlikdən qaçır. Səbəbi bir görürəm. Onun dostu dar gündədir, dostunun bədəməlləri ifşa olunur. O dostu ki, onu hərbi xidmətdən saxladıb. Bu dost Rauf Arifoğludur! Rauf müəllim bu haqda şəxsən Heydər Əliyevdən xahiş etdi. Və bunu o gizlədə bilməz, televiziyadan bu səhnəni milyolar izləyib. İndi bir şey var, Xalid bəy Füzulidəndi. Bəlli olduğu kimi bu rayon yağı düşmən tapdağındadır. Təbii səbəbdən şəxsən məni bu fakt bir yandırırsa, Xalidi 5 qat yandırmalı idi. Amma o nə etdi? Fəğan edib əsgərlikdən yayındı. Özü də ona bu lütfü Heydər Əliyev qıydı. İndi Xalid bəy biz cəbhəçiləri “taliban” yaraqlılarına oxşadıb öz aləmində aşağılayır. Talibana simpatiyam yoxdur, amma əminəm heç bir talibançı işğaldakı torpağa görə siyasi rəqib hesab etdiyi adamdan mərhəmət diləməzdi ki, aman, məni topaqlarımın müdafiəsinə yollamayın, filan. O isə bunu edib. İndi sual yaranır, Əli Kərimlini qorxaq adlandırırsan, kimdir əsl qorxaq bəs? Yeri gəlmişkən, o görməzdən gəlsə də çoxları bilir ki, tələbə Əli Kərimov hüquq fakultəsini yarıda buraxıb könüllü Qarabağ savaşında iştirak edib.

 Adam absurdun görün harasına çatıb ki, öz-özlüyündə Pənah Hüseyni, Arif Hacılını ucaltmaq üçün yazır ki, onlar əsl kadr olub, Heydər Əliyevə müqavimət göstəriblər, Sürətə də dirəniş. Sonra özü də anlamadan yazdıqların inkar edir, deyir ki, Əli Kərimli vəzifəsin icra edib, Heydərlə bir işləyib. Sonra isə qorxusundan Kələkiyə, ordan Avropaya qaçıb. Əvvala, o tarixi təhrif edir. Əli Kərimli Heydər Əliyevlə işləməyib, Əli Kərimli prezident Elçibəyin dövlət katibi olub. Və o Surətin, Heydər Əliyevin “qılıncının” dalı- qabağı kəsəndə burda, Bakıda mübarizənin ön xəttində olub. Bəs Xalidin cəsur adlandırdığı Pənah Hüseyn və Arif Hacılı onda hardaydı? Yada salıram, İsa bəyin həbsindən iki gün sonra bu hörmətli yoldaşlar Rusiyaya fərar etmişdi. Bəli, bəli, demokratik Avropaya da yox, Rusiyaya, Leninqrada.

 Nəhayət. "Yeni Müsavat"çı dostlardan eşitdiyim bir hadisəni də bura əlavə edim. 2003. Rauf Arifoğlu türmədədir. Ordan məktub yollayır ki, onun vəzifəsin hörmətli Azər Ayxan icra eləsin. Redaktor Kazımlı buna etiraz edir və deyir: Azər, sən kimsən, redaktor olasan. Siz burda sülalə rejimi yaradırsız. Mən buna qarşı mübarizəyə qalxıram! Qardaşın mübarizəsi ondan ibarətdir ki, 4-5 dəfə Yeni Müsavat”ın qapısın çırpıb "Reytinq"ə, "Gün Səhər"ə, "Gündəlik Bakı"ya getsə də yenə də geri dönür. Və biz İsa Qəmbərin, Müsavatın belə bir dönük və saxtakar müdafiəçisi ilə üzbəüzük. Necə deyərlər, kader utansın.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin