Nadürüst tərəzi

Hazırda oxunan: Nadürüst tərəzi

31610
Kiçik alış-verişlə məşğul olan yaxınlarımızdan birinin ötən axşamların birində iftar süfrəsində etdiyi söhbətin təsirindən hələ də çıxa bilməmişəm. Hər səhər topdansatış məntəqəsindən ərzaq məhsulları, tərəvəzlər alıb öz kiçik mağazasında satan dürüst bir insan. Namazı yox, ancaq orucunu buraxmaz. 

Xeyirli və cəfakeş bir kimlik. Mağazasına təptəzə elektron tərəzi almış. Üzərinə çıxıb öz çəkisini dəqiqləşdirmiş. 85 kilo 300 qram olmuş. Sabahısı topdansatışdan mal alarkən maraq üçün oradakı tərəzinin üzərinə çıxmış. Eyni paltar, eyni ayaqqabı. Çəkisi 88 kilo 200 qram gəlmiş. Topdansatışın sahibinin Hacı deyə mötəbər ləqəblə çağırıldığını düşünərək, buna inanmaq istəməmiş və başqa mal almaq üçün girdiyi qonşu topdansatışda fürsət tapıb tərəzinin üzərinə çıxmış və yenə də 85.200 kq. gəlmiş.

İllərdir alver etdiyi və dürüstlüyünə şübhə etmədiyi insanların bu hərəkəti onu xeyli məyus etmiş... Burası Azərbaycandır! Sonda gülümsəyərək söylədiyi təsəlli sözü bu oldu. Dəqiq deyə bilmərəm ki, kimsə tərəziyə xüsusi olaraq əl dolamış, və ya heç toxunmamış, ancaq alış-verişdə, restoranda hər an aldadıldığını hiss edən birisi kimi bu söhbətə inandım.

Maraq üçün yenicə elektrik dükanından aldığım bükülü 50 metrlik kabeli rus ruletkası ilə tənbəllik etmədən ölçdüm. 49 metrə 35 sm. gəldi. Burası Azərbaycandır! deyib gülümsəmək də olardı.

Nədənsə tərəzidə, hesabda aldatmağı böyük günah hesab edən onlarla tanıdığım ticarətçi qardaşımız gözümün önünə gəldi və mən də təsəllimi bundan tapmış oldum...

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin