İsti yay günlərindən biri idi. Futbol oynayan uşaqlardan başqa həyətdə kimsə gözə dəymirdi. Bayırdan gələn səs mətbəxdə biş-düş edən Fatma xalanı xəyaldan ayırdı:
-xa0 Ay Fatma xala! Ay Fatma xala!...
Fatma xala pəncərəni açıb, uşaqlara tərəf səsləndi:
-xa0 Nədi, a bala? Nə qışqır-bağır salmısız? Yenə topunuz balkona düşüb?
-xa0 Yox e, Fatma xala, sizi soruşurlar. Qonağınız gəlib.
Fatma xala diqqətlə baxsa da, 25-30 yaşlarındakı ucaboy oğlanı tanıya bilmədi.
-xa0 Ay bala, kimsən? Qalx ikinci mərtəbəyə, qapını açıram.
Qonaq qıvraq addımlarla yuxarı qalxdı. Fatma xala yaşadıqları birotaqlı mənzilin giriş qapısında onu gözləyirdi.
-xa0 Buyur, ay bala, nə lazımdı?
-xa0 Sağlığın, ay xala. Oğlunuz Allahverdidən sizə salam gətirmişəm.
xa0Oğlunun adını duyar-duymaz, xa0arvad xa0yerindəcə donub qaldı. Sifəti ağardı.
Nitqi xa0qurudu. Nəfəsi xa0ağırlaşmağa başladı. Qulaqlarına xa0inanmağı gəlmədi. On il idi ki, xa0oğlu xa0işsizlik xa0ucbatından baş xa0götürüb ölkədən getmişdi. İndiyə xa0kimi ondan bir xəbər xa0gətirən olmamışdı. “Yəni doğrudanmı uşaq sağdı?”x9d ”“deyə, düşündü. Handan - hana özünə gəlib, titrək səslə dedi:
-xa0xa0xa0 Xəbər gətirən dilinə qurban olum, ay bala! Qapıda durma, keç içəri!
Başqa vaxt olsaydı, tanımadığı adamı evə buraxmazdı. Bir xa0həftə əvvəl oğrular polis formasında sələmçi Totunun mənzilinə girib, hər şeyi sil-süpür eləmişdilər. Ancaq oğlunun adını eşidən kimi, oğurluq məsələsi Fatma xalanın yaddaşından tamamxa0 silindi. Gözləri dolmuş halda soruşdu:
-xa0xa0xa0 Ay başına dönüm, ay sənə qurban olum, uşaq salamatdımı?
-xa0xa0xa0 “Kanişna”x9d, ay xala. Özü də tezliklə gəlir.
Fatma xala özünü ələ alıb tələsik mətbəxə keçdi. Çay hazırlığı görməzdən əvvəl tez ərinə zəng etdi:
-xa0xa0xa0xa0xa0xa0 A kişi, hardasan? Tez xa0gəl evə. Qonağımız gəlib. Allahverənnən xəbər var.
Hidoşun çayxanasında domino oynayan kişinin evə gəlməsi çox çəkmədi. O, təngnəfəs halda özünü içəri salıb, sorğu-suala başladı:
-xa0xa0xa0xa0xa0xa0 Ay sənə qurban olum, ay sənin başına dönüm, belə də zülüm olar? Bəs, bu demir, atam var, anam var. Gözünün ağı-qarası bir uşaq ola, min əziyyətlə böyüdüb boya-başa çatdırasan, sonra da gecə - gündüz Allaha yalvarasan ki, balamı mənə qaytar.
Fatma xalanın yanaqlarından yaş axırdı. Kişi isə durmadan sualları yağdırırdı:
- Ay bala, bəs, bu on ildə niyə bir xəbər göndərmirdi, zəng etmirdi?
- Doğrusu, ay dayı, əvvəllər vəziyyəti heç yaxşı deyildi. Bizimkiləri bazarda incidirlər, işləməyə qoymurlar. Oğlunuz kirayə haqqı verməsin deyə, gecələr yaşlı bir arvadın yanında qalıb, onun təmizliyinə baxırdı. Bu yaxınlarda həmin arvad başını qoydu yerə. O da ki xa0nəyi vardı hamısını Alikə vəsiyyət etmişdi. İndi oğlunuzun vəziyyətixa0 lap superdi.
- Ay bala, şükür acından ölmürük ki. Aldığımız təqaüdlə birtəhər dolanırıq. xa0Onu ən çox gələcək həyatı narahat edirdi. Yazıq uşaq buralarda bir iş tapsaydı, xa0bizi xa0gözüyaşlı qoyub getməzdi. Qadan alım, danış, danış görək, ta nə bilirsən?
- xa0Alik orada dili də yaxşı öyrənib. Deyirdi ki, rus dilini bilənləri Bakıda işə tez götürürlər. Bir də dedi, kişiyə deyərsən ki, o biri yerlilərim kimi mən burada evlənib-eləməmişəm. Bir halal südəmmişin xa0taparlar, gedib toyumu edərəm.
Bu yerdə kişi özünü saxlaya bilmədi:
-xa0 Onun taylarının 3-4 uşağı var. Niyə mənə nə olub? Bir az özümüzdən, bir az da qohum-qonşudan pul yığıb onun toyunu edə bilmirəm? Sonra borcumuzu yavaş-yavaş qaytararıq. Gərək əvvəldən tədarük görüm ki, restorana borcumuz qalmasın. Yoxsa gəlinimi girov saxlayıb məni şəhərdə rüsvay edərlər.
Allahverdinin maddi vəziyyətinə bələd olan oğlan dedi:
-xa0xa0xa0 Alik deyirdi ki, qəbir yeri almaq üçün kişinin “zapas”x9dda xa05-3 manatı olar da- olmaz da. Fikri var, gələn kimi ev alıb evlənsin. Sonra da “haqqını”x9d verib yaxşı bir işə keçsin. Odur ki, narahat olmayın, oğlunuz evə cibidolu gəlir.
Pulun miqdarı valideynlərin maraq dairəsində olsa da, o barədə söz salmağa üzləri gəlmədi. Kişi dedi:
-xa0 Ay bala, təki sağ-salamat gəlsin. Gözləməkdən gözümüzün kökü saraldı. Öldük-dirildik. Belə də iş olar? Nə bilim, vallah, yenə də Allah bilən məsləhətdir. Ancaq mən onu ev almağa qoymaram. Qoy, bizimlə yaşasın. Odu ey, qumarbaz Miqinin atası. Əlində daşdan keçən sənədlərlə beş ildi məhkəmələrdə sürünür. Döymədiyi qapı qalmayıb. Nə verdiyi pulu ala bilir, nə də evini.
Bayaqdan sakitcə dayanan Fatma xala bu yerdə özünü saxlaya bilmədi:
-xa0 Boy, uzağa niyə gedirsən, a kişi? Qonşumuz falçı Zəroş yadından çıxıb? Qızını işə düzəltmək üçün bir ətək pul vermədimi? Axırı nə oldu? Pulu yedikləri bəs deyil, yazıq qızın diplomunu da it-bata saldılar. Bizim uşağın yaxşı səsi var. Yadındadı,xa0 bütün günü evdə mızıldanardı? Dövlət işində nə var, ey? Mənnən olsa, geyinib-keçinib toylara gedər, yaxşı xa0da qazanar.
Arvadla kişinin özünə gəldiyini görən oğlan mobil telefonunu çıxarıb, Allahverdini aradı. Kişi telefonuxa0 alıb tez qulağına sıxdı. O başda oğlunun səsini eşidər-eşitməz həyəcan içində sözə başladı:
-xa0 Ay sənin başına dönüm! Ay sənə qurban olum! Atan ayaqlarının altında ölsün, bala! Evim-eşiyim sənə qurban! Hamımız sənə qurban! Bala, ta biz ölürük. Bəs, sən harda qaldın, gözümün işığı? Bu nə dağdı sinəmizə çəkirsən? Mənim səndən başqa təsəlli alası bir kimsəm yoxdu axı, ay sənə qurban olum! Biz sənə nə dedik ki, evdən getdin? Anan da, mən də başına dolanırdıq. Bizim ki səndən bir umacağımız yox idi, ay sənə qurban olum. Mən heç, bu qocaxa0 xa0anana yazığın gəlsin, xa0ay sənin başına dönüm! Ay sənə qurban olum!...
Çaylar buza dönmüşdü. Arvad da, kişi də dayanmadan hönkür-hönkür ağlayırdı. Aramsız yaş gözlərindən sel kimi axırdı. Qonaq isə heç nə demədən key kimi onlara baxırdı.
Oğlanı danışmağa qoymadılar. Telefonu növbə ilə gah kişi dartırdı, gah da arvad. Nə qədər danışsalar da, ağlasalar da, ürəklərini boşaldıb qurtara bilmirdilər. Məqsədləri Allahverdinin geri qayıdacağına əmin olmaq idi.
Bununla belə, daxildəki böyükxa0 narahatlıq hissi kişini tərk etmirdi. Düşünürdü ki, övladı qayıtdıqdanxa0 sonra özxa0 normal həyatınıxa0 quraxa0 biləcəkmi? Görəsən gəlib kiminsə toruna düşməyəcək ki?!

































































































