İt deməyin, o da bizim birimiz...

Hazırda oxunan: İt deməyin, o da bizim birimiz...

163226

Seyid Əzim Şirvaninin “Köpəyə ehsan”x9d şerini oxuyanlar onun məzmununu yaxşı bilirlər. Bilməyənlər üçün qısaca belədi. Harınlamış bir hacı Bozlar adlı ölmüş itini kəfənləyib ədəbi-ərkanla qəbristanlıqda dəfn edir və onun şərəfinə ehsan verir. Molla “vaveyla... şəriət əldən getdi”x9d deyə hacının “dərsini vermək”x9d üçün əbasının ətəyini biləyinə dolayıb yola düşür. Bunu eşidən hacı xa0sürüsündən 50 qoyun ayırıb mollanı qarşılayaraq deyir ki, xa0itim elə-belə it olmayıb, vəsiyyət edib ki, o öləndən sonra sənə 50 qoyun verim. Mən də onun vəsiyyətinə əməl edib qoyunları yolun üstünə qoymuşam ki, aparasan. Bu sözlərdən mollanın gözləri xa0parıladıyır, hacıya olan qəzəbi sönür:

xa0İt demə, ol dəxi bizim birimiz,
xa0Belə ölmüşlərə fəda dirimiz...
xa0
Şair bu gün dirilib gəlsəydi görərdi ki, 150 il əvvəlki insanlar xa0bu gün də yaşayır, törəmələri hələ də onların əməllərini təkrar edirlər. Köpəyinə ehsan verən hacının nəvə-nəticələri bu gün daha müasir xa0formada itini insanların gözünə soxur. Beynəlxalq Bankın bu yaxınlara xa0kimi sədri olan xa0Elmar Məmmədovun oğlu itinə ən bahalı restoranların birində dəbdəbəli ad günü keçirib. Elə bu da atasının vəzifə xa0kreslosunu aşırıb. Həm beləsi təkcə keçmiş bankirin oğlu deyil ki?! Övladlarının mədəniyyət və əxlaq kasadlığlından “əziyyət”x9d çəkən məmurlar çoxdu.

xa0Doğrusu xa0xəbəri oxuyanda “itə döndüm”x9d. xa0Ki... bu məmləkətdə yetim-yesirin, kasıb-kusubun övladları bütün əxlaq parametrlərinə görə harın xa0məmur övladlarından üstün olduqları halda işsizlikdən, pulsuzluqdan dolayı sürünür, az qala ümidlərini itirirlər. Heç bir restoran qapısı tanımayan, xa0gecə barlarının səmtinə xa0belə boylanmayan, cibində yalnız avtobus pulu, metro kartı gəzdirən, başında xa0isə işə girmək üçün layihələr cızan, iş istədikləri rəhbər vəzifəli şəxslərin inadını xa0qırmaqdan ötrü yollar arayan oğlanlarımız diplomlarına tüpürmək istəyirlər. Bunlar isə itinə-pişiyinə ad günü keçirir, ucuz əxlaqlarını nümayiş etdirirlər.

Əxlaq anlayışı məmur-oliqarx övladlarının çoxundan ötrü yalnız puldan ibarətdi. xa0Mənəviyyat adlı nəsnəyə min kilometrlik məsafədən boylanırlar ki, onu da görə bilmirlər. Tərbiyənin yüksək parametrlərinə uyğun gəlməyən, çürük davranışlarının orbitindən çıxa bilməyən harın məmurların harın övladları bu cəmiyyətə bir ləkədi.xa0

Atalarının kreslosuna söykənərək istədiklərini edir, xa0ətrafdakılara qarşı münasibətdə böyük-kiçik yeri bilmirlər. Dəbdəbəli xa0həyata o qədər aludə olurlar ki, sadə insanların varlığı onlar üçün xa0heçə bərabərdi. Bahalı avtomobillərini az qala təyyarə sürəti ilə idarə edirlər. Özlərini cəmiyyətin üst pilləsinə aid etsələr də, əslində əxlaqları alt qatın çirkabı qədər dəyərsiz və ucuzdu. Onlar dövlətə və dövlətçiliyə əməlli-başlı bir təhlükədi. Belələrinə cəmiyyətdə “harınlar”x9d damğası xa0nahaqdan vurulmayıb.xa0

Bir neçə il əvvəl prezident İlham Əliyev vəzifəsindən, cəmiyyətdəki mövqeyindən sui-istifadə edən məmurları tənqid edərkən davranışlarında xa0həddini aşan övladları haqqında “qudurğan”x9d ifadəsini işlətməkdən özünü saxlaya bilmədi. Həmin qudurğan övladların atalarına sərt xəbərdarlıq etdi. xa0Prezidentin sözləri maddi tərəfdən kasıb ailələrin mənən zəngin övladları üçün bir təsəlli oldu, “ədalət yerini tapdı”x9d effekti verdi. Amma yenə də atalar demiş, xa0“bəydi, bayaqkıdı”x9d. Bəziləri hələ də bundan dərs almayıb, övladlarının özbaşınalığı, “mənəm-mənəmliyi”x9d gündəmdən düşmür, öz yaramaz vərdişlərindən əl çəkmirlər. Sual olunur: görəsən məmur-oliqarxlar prezidentin iradəsini heçə sayır, yoxsa övladlarının “ipini yığa bilmirlər”x9d?xa0
Məncə, ikincisidir. Məmurların başı var-dövlət, xa0sərvət toplamağa qarışdığından övladlarının nə iş gördüklərindən xa0xəbər tuta bilmirlər. Eləsi var ki, yaxtası, şəxsi təyyarəsi var. Təbii ki, beləsinin övladından daha normal davranış gözləmək bir qədər xa0sadəlövhlükdü. Dövlət qulluqçusunda hardandı bu qədər var-dövlət? Təkcə maaşla əlçatmaz dəbdəbə yaratmaq mümkündürmü? xa0Cavabı hər kəsə məlum olan sadəlövh sualdı, deyilmi? xa0

Elə vəzifəli şəxslər də var ki, övladları xaricdə yaşasa da doğulduqları Azərbaycanın təbliği ilə məşğul olur, orada ölkəsinin müsbət imicini formalaşdırmağa çalışırlar. Bu, çox gözəldi, hər kəsin ürəyindən xəbər verən bir haldı. Amma təəssüf ki, belələri barmaqla sayılacaq xa0qədərdi. Çoxluq təşkil edən harınlar, qanun-qaydanı vecinə almayanlar isə törətdikləri yaramaz hərəkətlərinin xa0bir başqa “həzzini”x9d yaşayırlar: qiyməti yüz minlərlə ölçülən avtomobillərinin şəklini, restoranlarda xa0xərclədikləri pulun miqdarını sosial şəbəkələrdə paylaşaraq, az qala intim həyatlarını da ictimaiyyətlə bölüşmək istəyirlər. Buna nə ad vermək olar? Əxlaqsızlıqmı, tərbiyəsizlikmi, yoxsa saymamazlıqmı?xa0

Kimsə itinə ad günü keçirir, biz isə qapımızda it belə saxlaya bilmirik. İtin qarnını nəynən doyuzduracağıq? xa0Ona görə də “it günündə”x9d yaşayan, daha doğrusu sürünərək ömür çürüdən kasıbların işi yalnızca belə hallara baxıb “itə dönməkdən”x9d başqa bir şey deyil. Qədeşlər demiş, pah atonnan, nə qiymətli itmiş bu?! (Bu yerdə bir dənə acı təbəssüm işarəsinə ehtiyac var).

Bəlkə heç it deyilmiş?! Bəlkə daha dəyərli bir varlıqmış?! Bəlkə elə ona görə də biz Seyid Əzimin hacısının Bozlar adlı itinə 150 ildi fəda oluruq, hələ daha neçə 150 il də xa0qurbanlıq qoyun kimi bıçağın boğazımıza çəkiləcəyi anı gözləyəcəyik. İllərdi xa0məmur-oliqarxların, korrupsionerlərin qarınlarını doyururuq. Həyatımız özləri bir yana, itlərinə, pişiklərinə də fəda olub. Seyid Əzimin ruhu inciməsin, plagiatlıq edərək xa0istəyirəm deyəm ki, it deməyin, o da bizim birimiz...
Əks halda itə ad günü keçirməzlər, atam balası.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin