Meşə sivilizasiyası

Hazırda oxunan: Meşə sivilizasiyası

143828

Mediada yer alan məlumata görə, bugünlərdə Rusiyanın Kostroma şəhər sakini banka olan borcunu ödəmyə bilmədiyi üçün meşəyə qaçıb. Orada qurduğu sığınacaqda yaşayan 38 yaşlı şəxsi yalnız polis əməkdaşlarının köməyi ilə meşədən çıxartmaq mümkün olub.

Özlüyündə maraqlı olan bu hadisə Azərbaycanda ikiqat maraqla qarşılanıb. Buna səbəb borc probleminin Rusiya ilə müqayisədə Azərbaycanda dəfələrlə kəskin olması, insanların qaçmağa, gizlənməyə daha ciddi ehtiyac duymasıdır. Bu baxıman Rusiyada baş verən məlum olayın yaxın gələcəkdə ölkəmizdə  kütləvi hal alacağı, insanların bankların, problemli kreditlərin əlindən meşələrə, dağlara, cəgəlliklərə çəkiləcəyi ehtimalı böyükdür. Çünki bu gün kreditlərlə bağlı yaranmış vəziyyət vətəndaşı ya intihar, ya oğurluq, ya da qaçış məcburiyyəti qarşısında qoyub ki, bunlardan qaçış variantı “daha az zərərli”x9d hesab oluna bilər.

Bu baxımdan Azərbaycan ictimaiyyəti üçün problemli kreditlərdən müvəqqəti yaxa qurtarmağın yeni variantı olan Rusiya nümunəsinin yaxın günlərdə ölkəmizdə əhəmiyyətli dərəcədə populyarlaşacağı şübhəsizdir. Əminliklə demək olar ki, bəlli bir müddətdən sonra Azərbaycanda şəhərlərdən meşə və cəngəlliklərə yeni bir axın, əsl köç başlayacaq ki, bu da yeni, əlahiddə sivilizasiya növünün ”“ meşə sivilizasiyasının təşəkkül tapmasına səbəb olacaq.

Çox güman ki, bütün dünyanın kosmosa, yeni sivilizasiya və mədəniyyətlərə can atdığı, elm və texnologiyanın heyrətverici dərəcədə inkişaf etdiyi bir dövrdə insanlarımızın meşələrə axını, meşə sivilizasiyasına qayıdışından da mövcud idarəetmə sistemi təbliğat məqsədi ilə istifadə etməyə çalışacaq, bunu insanların keçmişə, öz əcdadlarına, qədim adət-ənənlərinə bağlılığı kimi dəyərləndirəcək. Başqa sözlə desək, dünya kosmosun fəthini genişləndirdiyi, planetlərdə hərbi, elmi, iqtisadi məqsədlərlə bazalar quran zaman, meşə sivilizasiyasına qayıdış edən insanlarımız ibtidai icma dövrünə məxsus texnologiyalarla ov edəcək, kaha və sığınacaqlarda gecələyəcək, heyvan dərisindən paltarlar geyəcək.

Lakin Azərbaycanda meşə sivilizasiyasənın geniş inkişaf və tətbiqnə maneə doğuran əngəllər də mövcuddur ki, bu əngəllərdən ən başlıcası Azərbaycanın meşə resursunun az olması, mövcud meşələrin isə məmurlar tərəfindən zəbt edilməsi həqiqətidir. Ölkənin məhdud meşə massivini dəmir-beton hasarlarla əhatəyə alan, çay, göl və dağlarını şəxsi təsərrüfat və mülkiyyət sahəsi elan edən məmurların şəhərlərdən meşə və cəngəlliyə qaçan insanlara təbiətin qoynunda belə yaşamağa icazə verəcəyi inandrcı görünmür. Çox güman ki, meşələrə axın edəcək bu insanlar ən yaxşı halda məmurlarda yeni bir əyləncə növü kimi maraq doğuracaq, məmur kontingenti öz azğın köpəklərinin iştirakı ilə sözün həqiqi mənasında bu meşələrdə insan ovu təşkil edəcəklər.

Bir sözlə, Rusiyadan fərqli olaraq bankların qaçaq saldığı Azərbaycan insanına meşədə belə rahatlıq və dinclik olmayacaq.

Bəli, görünən odur ki, hakimiyyətin cənnət elan etdiyi Azərbaycanın şəhər və kəndlərindən cəngəlliklərə qaçışın reallaşıb-reallaşmadığından asılı olmayaraq, insanlarımızı hər yerdə zülm, təqib və mühakimə gözləyir. Bu, çağdaş Azərbaycan insanının aqibətidir. Bizim sadəcə kiçik bir seçim haqqımız var: bu qaçılmaz aqibətlə harada ”“ meşədəmi, şəhərdəmi üzləşəcəyimizi özümüz müəyyən edə bilərik. Çünki əlimizdən alınmayan yeganə azadlıq yalnız budur.

 

Seymur Əliyev

[email protected]

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin