6%-lik əlavə verginin sirri:Âxa0 “Yanlış anlaşılmışdır”x9d

Hazırda oxunan: 6%-lik əlavə verginin sirri:Âxa0 “Yanlış anlaşılmışdır”x9d

125685

 

Bir müddət əvvəl mətbuatda Vergilər Nazirliyi barədə ittiham səsləndirilmişdi. İttihama görə, nazirliyin Vergi Auditi Departamentinin hal hazırkı rəisi Habil Məmmədov  iri ticarət obyektlərinin, super marketlərin sahibləri ilə görüşmüş və onlara əlavə 6 faiz  vergi  ödəməli olacaqlarını bildirmişdi.

Məsələ ilə bağlı müstəqil araşdırma apardım. Belə bir faktı iddia edildiyi kimi  təsdiqləyən heç bir mənbə yoxdur.  Hamınız yaxşı bilirsiniz ki, Az. Res. Vergi Məcəlləsinə edilən son əlavə dəyişikliyin qüvvəyə  minməsi  vergi ödəyicilərinin vergi münasibətlərində  sadələşdirilmiş  və əlverişli hesabatlılıq formasının seçilməsində  müsbət tövhələr verəcək.

Belə ki, indiyə qədər inhisarçı işbazlar tərəfindən yaradılan  süni əngəllər ƏDV ödəyicilərinin  əvəzləşdirmə sənədlərini ( vergi hesab fakturaları) qanunamüvafiq qaydada və sayda əldə edə bilməməsi ilə nəticələnirdi. Ona görə də sahibkarlar  vergi tutulmalı döriyyənin vergi hesab fakturasında göstərilən rəqəmlə fərqinə deyil, birbaşa ticarət dövriyyəsinə 18 faiz  ƏDV  hesablayaraq büdcəyə ödəməli olurlar.  Yaxud da dövriyyə məlumatlarını gizlətməli, vergi hesabatlarını təhrif olunmuş məlumatlar əsasında bəyan  etmək  məcburiyyətində qalırlar. İlin sonunda isə mənfəət və ya gəlir vergisi də ödəməli olurdular.

Məlumdur ki, bu da qiymətlərin artmasına təsirsiz ötüşə bilməzdi. Bu həm də ölkə üzrə iqtisadi statiskanın düzgün aparılmamasına səbəb olurdu. Yerli istehsal olmayan  homogen məhsulların idxalı və istehlakı arasında  çox ciddi fərqlər yaranırdı. Kobud desək , idxal olunan malların rüsumlardan və vergidən yayındırılaraq müvafiq sənədləşmə aparılmadan  ölkə ərazisinə buraxılması inhisarçılıq, vergidənyayınma  və digər iqtisadi cinayətlərlə   yanaşı korrupsiya və rüşvətin  də  tüğyan etməsinə  şərait  yaradırdı. Ölkəni və ölkə iqtisadiyyatını məhv edən bu kimi cənayətlər və iqtisadi davranış qaydaları  cəmiyyətdə  dövlətçilik təfəkkürünü  sıradan çıxmasını  şərtləndirirdi. 

Vergi Məcəlləsinin  155.1., 218 . 220. maddələrinə  edilən əlavə dəyişiklik bu kimi rüsvayçılığın kompensasiya edilməsi, və ya cinayətdən yayınmaq üçün heç olmazsa sahibkarlar qarşısında seçim qoydu. Yəni Vergi Hesab Fakturası ilə əlaqədar yaranmış problemdən uzaq durmaq üçün  ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar 6 faiz, ictimai iaşə fəaliyyəti ilə məşğul olanlar isə 8 faiz dərəcə ilə sadələşmiş verginin ödəyiciləri ola bilərlər. Üstəlik, sözügedən fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaqla, ƏDV, mənfəət və əmlak vergisindən, fiziki şəxslər isə ƏDV və  gəlir vergisindən azaddırlar.

Vergi Məcəlləsinə edilən yeni əlavə dəyişiklik ümumiyyətlə vergi siseminin sədələşdirilməsi üçün təqdirəlayiq addım kimi qiymətləndirilə bilər.  Araşdırmanın yekun nəticələrinə gəlincə isə, qeyd etməliyəm ki, Vergilər Nazirliyinin tabeçiliyində olan departament rəhbərliyinin  supermarketlərə  və  satış dövriyyəsi  200.000 iki yüz min manatdan artıq olan digər (ticarət)  sahibkarlıq subyektlərinə  6 faiz  dərəcə ilə sadələşdirilmiş  ödəyici kimi uçot barədə təklifi  vergi məcəlləsinə edilmiş dəyişiklikdə nəzərdə tutulmuş vergi dərəcəsidir.  Ola bilsin ki, bu təklif  düz anlaşımamışdır.

Yeri gəlmişkən, vergi ödəyicisi vergi orqanlarının vəzifəli şəxslərinin qanuna zidd tələblərini icra etməmək, qanunsuz əməllərindən yuxarı təşkilatlara və məhkəməyə şikayət etmək hüququ  var.  Heç kəs qanunvericilikdə nəzərdə tutulmuş vergilərdən əlavə vergilər müəyyən edə bilməz.  Məcəllə ilə bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri müəyyən edilir.

Odur ki,  hörmətli redaksiya, hər hansı struktur vahidinin qanunvericilikdən kənar  vergi dərəcəsi müəyyən etmək və tələb etmək hüququ yoxdur. Bu ölkə konstitusiyasına və qanunlarına ziddir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin