Görünməyən incə və ciddi problemlərimiz...

Hazırda oxunan: Görünməyən incə və ciddi problemlərimiz...

124791

Hörmətli dövlət və hökumət rəsmiləri!

Bu çağırışı özünü azərbaycanlı sayan hər bir vətəndaşa və hər birinizə yönəldirəm. Mən həmişə  iqtisadi inkişafın sağlam nəticələrə köklənən istiqamətinin təqdirəlayiq olduğunu və cəmiyyətin təkcə  maddi həyatında deyil, mənəvi həyatında oynaya biləcəyi rolu nəzərə almağı təklif etmişəm.

Qədim Yunanıstanda antik fəlsəfənin bir zamanlar ən çox araşdırdığı problemlərdən biri insan və heyvanın fərqi olub. Buna təkcə bir müdrikin gəldiyi qənaət kimi deyil, bir çox müdrikin qət etdiyi fikir kimi yanaşsaq, insanla heyvanı fərqləndirən xüsusiyyət “heyvanların qarın (mədə) tələbləri, insanın isə vicdanının hökmü ilə yaşamalı olduğu”x9d kimi qəbul edilmişdir. 

Fiziki (bioloji) və metafiziki (təbiətüstü, mənəvi, ruhi) özəlliyə malik olan insan varlığının  bu iki xüsusiyyətdən hər hansının ifrat üstünlüyü ilə nəticələnən halında aşınma qeydə alınır.  İfrat maddiləşmə mənəvi aşınmaya, ifrat mənəvi ( etik) sistem isə maddi aşınmaya səbəb olur. Odur ki, bu iki dəyərin harmonik tarazlığı cəmiyyətin həyatını əsaslı  şəkildə təşkil etməlidir. Bu məsələyə dövlət xüsusi  fikir verməlidir.

Məqsədim bir neçə əhəmiyyətli məsələyə toxunmaqdır.

Son vaxtlar ölkədə heç bir normalar gözlənilmədən şəhərsalma tikinti işləri həyata keçirilir. Mən hələ uşaq bağçalarının sökülüb yerində yaşayış binalarının tikilməsindən, məktəblərin ərazisinin bu məqsədlə zəbt edilməsindən danışmaq istəmirəm. Problem bundan daha mürəkkəbdir.

Cənablar, yadınızdadrısa, uzaq və yaxın keçmişdə qoca çinar, tut və başqa ağaclar, ata-baba yurdu barədə xalq yaradıcılığında, mahnı və şerlərdə çox incə duyğularla izah olunan yaddaş və xatirələr yer alırdı. Bu elementlər insanın doğma elə, obaya, yurda, yaşadığı küçəyə, ətrafdakı predmetlərə bağlılığı  və bütün bunlara aid xatirlərindən qaynaqlanan dəyərlərə əsaslanırdı. Onun mahiyyətində, doğmalıq, bağlılıq, ümumilik, sevgi  və digər vicdanla əlaqəli duyğularla zəngin  yaddaş formalaşırdı. Bu yaddaşın makro-mental əlaməti vətənə bağlılıq , vətənpərvərlik xüsusiyyəti idi.

Cənablar, kommersiya, ictimai və ya dövlət ehtiyacları məqsədilə vətəndaşların kütləvi və ardıcıl köçürülməsi ilə müşahidə olunan urbanizasiya prosesi cəmiyyətdə şüuraltı şəkildə bir çox dəyərləri sıradan çıxarır. Məsələn, sizi ata yurduna bağlayan doğma  ev, döngə, ağac, skamya, qonşuluqdakı insanlar, mühitdə yaşadığının xoş, acı xatirələr, doğmaların məzar və abidləri  və.s. kimi yaddaşla əlaqəli  bütün duyğuları  doğma küçəyə, kəndə, elə, obaya və nəhayət, vətənə bağlılıq duyğularını təsbit edir. İnsanların xüsusilə  uzun illər yaşadığı ərazilərdən köçürülməsi isə ilk növbədə vətənpərvərlik hisslərini qeyri-ixtiyari məhv edir.

Korporativ dünyagörüş  heç bir müqəddəs duyğulara güzəştə getmir. Nəhayət, insanlıq müqəddəs duyğulardan məhrum olaraq, tədricən nəcibliyini zalımlıqla əvəz edir.

Fikir verin, inkişaf etmiş Avropa ölkələrində urbanizasiya prosesi köhnə yaşayış ərazilərinə müdaxilə etmədən yeni yaşayış məntəqələrinin, qəsəbələrin salınması ilə aparılır. Ona görə də mülkiyyət hüququ insan haqlarına dair ümumdünya əhəmiyyətli  mülki hüquq münasibətlərinin  mütləq hüquqlara  dair təsnifatı ilə  xarakterizə olunur.

Təsadüfi deyil ki, vətənin və vətən uğrunda ölümün müqəddəsliyi vətəndaşın ləyaqət və şərəf  işi sayılır.  Bir millətə qarşı törədilən ən ağır cinayət doğma torpaqlarından qovulması və ya köçürülməsidir. Bu akt insanlığa qarşı cinayətdir. 

Yeni nəslin mənəvi həyatı ilə əlaqəli digər məsələ isə orta məktəblərdə əsasən müəllim kollektivinin böyük əksəriyyətinin qadınlardan ibarət olmasıdır.

Əlbəttə ki, günümüzdə bu məsələ aktual deyil. Adətən lazımınca tədqiq edilməmiş, üzərində dayanılmamış problemlər  həmişə  gözlənilməz və qarşısıalınmaz ümumi sosial ictimai problemlər yaradır.   Qeyri ənənəvi mədəni təsisatların  kütləvi istifadəsinin ictimai həyata təsiri, cəmiyyətin bütün sahələrində olduğu kimi  müəllim-şagird münasibətlərində də  görünməz sədləri aşıb keçib.

Əvvəlki dövrlərdən fərqli olaraq, təhsil müəsisələrində adi davranış qaydaları və korporativləşmiş mühit sonda çoxluq təşkil edən qadın xarakterinin oğlan uşaqlarında da biruzə verməsini qaçılmaz edir.

Əgər əvvəlki dövrü nəzərə alsaq, qeyd etməliyik ki, əvvəllər müəllimlərin yemək yediklərini təsəvvür etmək mümkün deyildi. Onlar müqəddəs varlıqlar kimi şüurumuzda  yer alımışdılar. Bu gün isə şagird müəllimə pul verir. Onların biri biri ilə məktəbdəki davranışlarından ibrət götürürlər.

Müəllimələr məktəb mühitində təhsildən kənar aşırı münasibətlər yaradırlar. Zəif xarakteri ilə kumirə çevrilən müəllimələrə oxşamaq hissi şagirdlərdə qadın xüsusiyyətlərinə meyl yarada bilər. Ona görə də orta məktəblərdə kişi müəllimlərin işləməsini stimullaşdırmaq üçün dövlət lazımi  tədbirlər görməlidir. 

Əziz  həmvətənlər sözügedən problemlər  bizə məxsusdur. Problem varsa, deməli, onun həlli yolu da var. Amma bizlər problemlərin də  həllinə korporativ müstəvidən yanaşırıq.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin