Gecə qonağı ”“ “Unutmadığım adamlar”x9d silsiləsindən

Hazırda oxunan: Gecə qonağı ”“ “Unutmadığım adamlar”x9d silsiləsindən

122726
Moderator.az gənc yazıçı Mövlud Mövludun yeni hekayəsini təqdim edir.xa0

Yox idi, evimizdə dinclik yox idi. Dava-şavasız günlərdə belə qara-qorxuda olurduq. Deyirdik indicə tır-toy qopacaq, stollar aşacaq, qab-qacaq çiliklənəcək, söyüş-qarğış, şillə-təpik havada uçacaq.

Ən rahat, sakit günün axırında bir pəstəha çıxırdı; Axşam yorğun-arğın qayıdan atam üzündən zəhrimar yağa-yağa içəri girəndə məlum olurdu ki, bu gün iş tamama yetə-yetdə ”“ qürub vaxtı daşkəsənlə əlini yaralayıb.

Coğrafiya müəllimi idi. Müəllimliklə fatıya tuman olmayacağını görüb, bir-iki dostunu, müəllim yoldaşını başına yığıb ustalığa girişmişdi. Anam onun işinə ad qoymuşdu: “Onun-bunun qapısında nökərçilik”x9d. Arvad bizə hirslənəndə deyirdi: “Dədəniz onun-bunun qapısında nökərçilik eləyib sizi saxlayır, siz də dərsinizi oxumursuz, evə gec gəlirsiz, ayaqqabınızı cırırsız, konturunuzu qızlara xərcləyirsiz...”x9d

Şər qarışmışdı. TRT-dən futbol göstərirdilər. Həyət qapımız vəhşi bir hikkəylə açıldı. Dik atıldım. Atam idi ”“ səntirləyirdi. Hər gün işin axırında boğazlarına dolan toz-torpağı təmizləmək üçün yoldaşlarla 100-150 qram atırdılar. Bu dəfə, deyəsən, bir az çox dezinfeksiya olunmuşdular. İçəri girən kimi bir bəhanə eləyib (Deyəsən, “Niyə çay dəmləməmisən?”x9d, ”“ dedi) anamı söydü, qardaşım evdə yox idi. Bildim ki, hərlənib-fırlanıb mənə çatacaq. Kirimişcə sıpıxdım ”“ düz xalamgilə.

Belə günlərdə xalamgilin evi bizim üçün azadlıq adası olmağa başlamışdı. Bir balaca dava qoxusu olan kimi özümüzü verirdik onlara. Onların evinə sığınırdıq, orda canımızı dincə qoyurduq.

...Xalam məndən heç nə soruşmadı. Əri də evdəydi. Onun yanında bacısının ocağındakı söz-söhbətdən danışmaq istəmirdi yəqin. Sual yağışına düşməməyim məni xeyli sevindirdi. Orada olan hər şeyi unutmaq istəyirdim. Məktəbdə də beləydim ”“ evdən-ailədən söhbət düşəndə narahat olurdum, istəyirdim mövzunu dəyişsinlər. Sinif yoldaşlarım da bizim ailənin onlarınkına bənzəmədiyini hiss eləmişdilər. Tez-tez suallar verirdilər:

”“ Papan məktəbdən niyə çıxıb?

”“ Maman niyə işləmir?

”“ Qardaşın niyə səni özüylə futbola aparmır?

Onların evində gedən söz-söhbətlərin ovqatını duyurdum. Ailəmizdən sual verəndə gözlərini mənə zilləyir, elə bil əzab çəkməyimdən həzz alırdılar. (Uşaqların qəribə qəddarlığı olur).

Bir azdan xalamın əri “Sabah mən işə gedəcəm”x9d, ”“ deyib qalxdı. Azca toxdayıb rahatlıq tapandan sonra futbolun yerdə qalanına baxmaq istədim. Televizorun pultunu götürüb kanalı çevirdim.

Bayaq mətbəxə çay süzmək üçün gedən xalam telefonla danışa-danışa qayıtdı:

”“ Gəl ay Söylü, niyə gəlmirsən? Narahat olma, gəl, gəl...

O, telefonu söndürəndən sonra üzünü turşudub alçaldıcı bir səslə “Bir sən çatmırdın”x9d dedi.

”“ Kimdi gələn? ”“ soruşdum.xa0

”“ Sən tanmırsan, Söylüdü. Qara Nəsibin qızı. Boyunu yerə soxum, getdi bir bivec gədəyə, dədəsini də vərəmlədib öldürdü, anasını da. İndi türmələrə yemək daşıyır. Yəqin ərinin dalınca gəlib ağzına sıçdığım!..

İki cümlənin içində iki adamı öldürmək, bir adamı türməyə salmaq, bir qadını başsız qoymaq xalam üçün çətin olmadı.

Həmin səs idi. Yadıma düşdü. Bizimlə də belə danışmışdı. Bir dəfə olmuşdu belə şey.

Xalamqızının ad günü idi. Bir şey alıb apara bilmirdik. Axırda elə-belə, dilxoşluq üçün zefir aldıq. Olur adamda belə şeylər. Getdik, zefiri qoyduq stola, yaxşı da yeyib-içdik, oxuduq, oynadıq. Axşam evə gedəndə xa0xalam gətirib zefiri çantamıza dürtüşdürdü:xa0

”“ Aparın, çaynan içərsiz, vallah heç nə lazım döy!..

Hə, deyirəm axı, həmin səs idi. Tanımışdım.

”“ Uşaqları-zadı varmı? ”“ Bu sualı özümdən soruşdum.

Cavabı əlində çay mətbəxdən qayıdan xalam verdi:

”“ Yox, olmadı, narkoman köpəkoğlundan nə uşaq?

Əvvəl Söylüyə, sonra özümüzə yazığım gəldi. Mənə elə gəldi ki, qardaşımla mən evimizdəki qaranlıqdan qaçıb bura gələndə bizim haqqımızda da belə danışırlar, bizim də əlimizdən beziblər.

Qara-qura düşüncələr beynimi yeyirdi: Hə, xalamın əri ona görə məni kefsiz qarşıladı. Özü də xalam uşaqları evdədi, mənim üzümə çıxmaq istəmirlər, yatmaq adıyla yuxarı çıxıblar ki, qaramatımı üstlərinə tökməyim. Xalam da mənə yemək demədi, heç içəri girəndə öpmədi də. Çayı özü içmək istəyirdi. Ona görə mənə də süzdü.

Qarnım buruldu, ürəyim bulandı. ”“ Qara-qura fikirlərə düşəndə belə olurdum ”“ Başım qarnımın ağrısına qarışmasa, ağlayardım bəlkə də. Qulaqlarım uğuldayırdı: “Bir sən çatmırdın, Aparın, çaynan içərsiz!..”x9d

Qapının zəngiydi. Yalançı öpüşmə mərasiminin töhməti altında əzilən Söylü içəri edama gedən məhbus kimi girdi. Əlində tutduğu şalının ucu yerlə sürünürdü.xa0

Mən ayağa qalxdım, qarnımın sancısını unudub, qonağın üzünə var gücümlə gülümsədim. Bacardığım qədər onun üzünə gülmək, aradakı pərtliyi götürmək istəyirdim, ancaq bir-birimizdən utanıb ikiqat pərt olduq.

Üzbəüz oturmuşduq. Gözlərimi Söylünün əllərindən çəkə bilmirdim. Anamın əlləri kimiydi: Boyanın yarısı silinib, yarısı qalmışdı.

Divar saatının çıqqıltısı xalamın mətbəxdə yuduğu qab-qacağın şaqqıltısına qarışmışdı. Elə bil bütün hirsini-hikkəsini qablara tökürdü. Səsini aldığım televizorda futbolçular o yan-bu yana qaçırdılar. Barı yemək təklif eləsə, heç olmasa dilucu. Bəlkə, yazıq acdı. Vallah, abırlı, utancaq adama oxşayır. Ac olsa da deyəcək toxam. Amma dilucu da olsa nəsə deməmək lap pis çıxar. Bəlkə, mətbəxə keçib xalama deyim qonağa bir şey versin? Birdən o da qayıdıb dedi ki, apar evinizə, atan versin? Onda necə olacaq? Deməzmi? Deyər. Zefiri qaytaran bunu da deyər.

Bir variant da var: Qonağın qulağı eşidə-eşidə deyəm ki, ay xala, gətir görək, qonağımıza nə verirsən, biz də qolundan-qanadından yeyək! Guya xalam çox qonaqpərvərdir. Söylünün qabağına löyün-löyün yeməklər düzəcək, mən də onun qolundan-qanadından yemək istəyirəm. Guya xa0səhərdən məni də ”“ dos-doğma bacısı oğlunu da unudub, əziz qonağına yemək hazırlayır.

Yox, bu da olmazdı. Elə qonağın qulağı eşidə-eşidə qayıdıb deyərdi ki, apar, atan bu gün bişirdiyi yeməkdən versin, bir yerdə yeyin. Deməzdi? Deyərdi! Bir dəfə ondan aldığımız borcu gecikdirəndə qulağım eşidə-eşidə anama: “Getdiyin ərlə qoşa basdırım səni”x9d deməmişdimi? Demişdi. Onu deyən bunu da deyərdi.

Xalam əlində bir stəkan çayla mətbəxdən qayıtdı. Çayı stola qoyub, ”“ “Konfetlə iç”x9d, ”“ dedi. xa0Söylü “sağ ol”x9d deyəndə evin yanındakı stansiyadan keçən qatarın fit səsi qulağımda əks-səda verdi: “Aparın, lazım döy! Bircə sən çatmırdın, getdiyin ərlə qoşa basdırım səni, apar, atan bişirəndən yesin...”x9d

Kanalı dəyişmişdi xalam. Türk serialına baxırdı. Söylü, az qala, boğula-boğula soruşdu:

”“ Mən harda yatacam?

”“ Budu bax, burda ”“ xalam ona arxa otağı göstərdi. Azca sevindim. Bu otaq ikimərtəbəli evin ən balaca gözü olduğuna görə həmişə isti olurdu.

Söylü hamamda əynini dəyişib, əl-üzünü yuyub çıxmışdı. Saçlarını yığmışdı. Mən onun uzun boynuna baxdım. Gözəlliyinə indi fikir verirdim. Gözəl qadınların taleyi gətirməyəndə adamı ikiqat ağrıdır.

Gəlib bizə “Gecəniz xeyrə qalsın”x9d, - dedi.

Xalam başını qaldırmadı:

”“ Gecən xeyrə.

O, yatacağı otağa keçən kimi gileylənməyə cəhd elədim:

”“ Yazığa yemək də vermədik...

Xalam üzünü turşutdu, yanını bir balaca qaldırıb qaz buraxdı:

”“ Sən burda yatacaqsan, ”“ mənə divanı göstərib yatmağa getdi.

Bu xasiyyət ona nənəmdən keçmişdi. O da sərf eləməyən söhbət olanda üzünü turşudub yanını bir balaca qaldırır, qaz buraxırdı.

Səhər mən oyananda Söylü qapının ağzında ayaqqabısını geyinirdi. Gülümsəyib baxışlarımla ondan üzr istədim. O da gülümsədi, baxışlarıyla mənə “Sən yaxşı insansan”x9d, ”“ dedi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin