Hərdən utanmaq da lazımdır...

Hazırda oxunan: Hərdən utanmaq da lazımdır...

121867
Həmkarları arasında ən iri və çox saylı titul daşıyıcısı olan İlhamə Quliyeva etiraf edək ki, xeyli vaxtı medianın gündəmini əməllicə zəbt edib. Bu özündənrazı primadonnanın nəhayət deyəsən hikkəsi bitmək üzrədir. Köməkçi statuslu, əslində evində qul kimi saxladığı Mehriban Hüseynovanın həbsdən məktubları nələri üzə çıxarmadı:

”x9dİ.Quliyeva stolun üstündəki bıçağı zərbə ilə mənə atdı. Bıçaq mənim ayaq nayihəmin yuxarı hissəsindən batıb zədələdiyindən çoxlu qan axmağa başladı. Yara dərin olduğundan yod vursalar da qan dayanmırdı. Yaramın qanını sildiyim paltar büsbütün qan idi. Həmin qanlı paltar da İlhamənin evindədir...”x9d 

Bəlkə də “öləziməkdə”x9d olan bu movzuya toxunmamaq da olardı, ancaq medianın yenə də “ulduzu”x9d na çevrilən ilhaməkimilərinin qıcıqlandırıcı hay-küyləri ilə rastlaşmasaydım. “Yarasa”x9d ömrü yaşayan, yəni gündüz yatıb, gecə oyanan müğənnilər illərdən bəridir ki, öz “qayda və qanunları”x9d ilə işləyib, toy-düyündə yaxşısından-yağlısından dadıb neftimizə-qazımıza, bayramlarımıza...mahnıdan-zaddan oxuyub xoş günlərini yaşayıblar. Devalvasiya evi yıxılmışın qəfil gəlişi olmasaydı, həyat belə də davam edəcəkdi...Kef gündüz yatıb, gecə qalxanların olacaqdı... Bizim şanlı və şöhrətli vergi yığan nazirliyimiz devalvasiya başlayan kimi yaddaşını səliqə-sahmana saldı, oxuyanlardan vergi yığmaq qərarına gəldi. Həmən də adıçəkilən qurumun hərəkəti hörmətli oxuyanlarımızın könlünə toxundu. Üstəlik, cərimə “xox”x9du romantik zümrənin nümayəndələrini lap özündən çıxardı. Bu dəfə haqlı olaraq öz etirazlarını bildirdilər ki, ay hörmətli və əziyyətli vergi yığanlarımız, siz nə vaxt bizdən bunu tələb etdiniz, bizə mütləq vergi verməyi qandırdınız ki, indi də cərimə edirsiniz. 

Adamın başının üstündə Allah var, artist olsalar da, düz deyirlər. Həm də bunu deməyə artist dost-tanışlarımızın üzü və haqqı var. Axı bu oxuyanlar vergidən yayınmaları, qanunsuz gəlir əldə etmələri məhz elə “iriçəkili”x9d  məmurların gözünüzün qarşısında və iştirakı ilə ediblər. Milyonları onlara qazandıran vəzifə sahibi olan cavabdeh şəxslərdir. Halal əməkhaqqı ilə dolanan hansısa  müəllim, həkim, jurnalist artisti toyuna çağırıb onlara 5-10 min manat verə bilmək iqtidarında deyil. Artistlərin kişilərinin cibinə, qadınlarının qoynuna pulları basan sizlərsiz-kreditini ödəyə bilməyib özünü yandıran Qarabağ Qazisinin məmləkətinin məmurları. İndi artistləri cərmə-zad eləməyin. Onların da yerinə vergini siz ödəməlisiz, gözünü büdcədən aldığı qəpik-quruşa dikən müəllimin, mühəndisin halal haqqı olan yığılmayan vergini, pulu. Artistlərin milyonlarla ödəmədiyi həmin pullar sizin günahınız ucbatından itib və sizin kef-işrət məslislərinizdə göyə sovrulub. Yuxarıda İlhamə xanımın adını çəkdim, yazının sonuna yaxın onu xatırlamasam düz çıxmaz. Bu artist qarının ərköyünlüyünün, dəymədüşərliyinin də günahkarı sizsiniz, arxasında sizlər gizlənib-dayanmısız. Özünü hər şeyin naziri kimi aparan bu artistin çamur atmadığı adam qalmadı. Ölkə mədəniyyəti bir şou-sürüsünün əlində məsxərə məclisinə çevrilib, fərqindəsizmi?   Ancaq biz təlxək deyilik, hər çalınan havaya oynayaq, üzərinizə düşən vəzifəni düzgün yerinə yetirin, cənab cavabdeh məmurlar...Hərdən utanmaq da lazımdır.            
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin