Gilənar ”“ o bizim kəndimizdi. Yer üzündə gilənarı ən bol olan kənd. Bəlkə, elə ona görə qızlara ən çox Gilənar, ya da Nargilə adı verirdilər. Oğlanların isə müxtəlif adları vardı. Bizim kəndin adamları, başqa kəndin adamlarına nisbətən fağır, utancaq, mənə görə, bəlkə də, qorxaq idilər. Qonşu kəndin adamları bizə ”“ gilənarlılara kölgəsindən qorxanlar deyirdilər.
Gilənar əhli üçün bircə rəis vardı, o da milis sahə müvəkkili, baş leytenant Nəriman müəllim idi. Gilənarlılar yer üzündə ən çox Nəriman rəisdən qorxurdular. İllər ötdükcə milis sahə müvəkkilləri dəyişirdi. Bu Nəriman müəllim gedir, yerinə gələn də elə yenə ayrı bir Nəriman müəllim olurdu. Köhnə Nəriman təzə gələn Nərimanı kəndin “hal biləninə”x9d təqdim edir, halallaşır və təyin edildiyi ayrı bir yerə gedirdi. Tez, lap tez Gilənar əhlinə məlum olurdu ki, bu təzə gələn Nəriman da elə köhnə Nərimanın tayıdı və bu da əmcəkkəsəndi.
Köhnə Nəriman təzə Nərimana mütləq kəndin cikini-bikini öyrədir, kiminlə necə rəftar eləməyin yollarını başa salırdı. Deyirdi, bax adaş, Hüseyn dayı hal şahidin olacaq, dolandıracaqsan, arada bir görüm-baxım eləsən, yüzcə manata atasının üzünə dura bilər. Kəndin tüklənənini, qıllananını sağacaqsan. Bax o sağmaqda Hüseyn dayı baş sağıcın olacaq.
Gilənar rayon mərkəzindən, aralı idi. Əhalisi, yəni biz rahat, köhnə Nəriman rəisin təbirincə desək, qoyun kimi bir şey imişik.
Bir orta məktəbimiz vardı. Uşaqdan bol idik. Elə başlanğıcda, hərəsi otuz nəfər olmaqla, üç birinci sinifimiz vardı və bu, yeddinci ya səkkizinci sinfə qədər davam edirdi. Əlli müəllimin qırx beşi öz kəndimizin yetirmələri, beşi gəlmə idi.
Əhali yazdan payızın sonunacan kənd təsərrüfatı ilə məşğul olur, qışda isə Rusiyaya işləməyə gedirdilər. Yazda qayıdıb gələndə kimin necə gəldiyi hərəkətindən, danışığından, səsinin tonundan məlum olurdu. Tüklü gələn (yəni çox qazanıb gələn) gəlməyindən on beş gün-bir ay keçməmiş təzə məhlə yerinə Bakı daşı tökdürməsindən, evin üstünün kirəmitini götüzdürüb dəmir vurdurmasından, bu da azmış kimi, hamam qoydurmasından tükünün məxməri olması bəlli olurdu.
Nəriman rəis də burnunu uzadıb ov iti kimi iyləyə-iyləyə məhlələri gəzir, kimin nə iş gördüyünü dəqiq bilir, yanındakı serjantı iki gün keçməmiş göndərirdi: “Get filankəsə de ki, bəs bizim şirinliyimiz nə oldu?”x9d Ağlı olan filankəs də serjantın cibinə otuz manat basar, iki yüz də ayrıca verib, “Apar bunu da şirinlik kimi Nəriman rəisə ver, de ki, əlim aşağıdı, Rusiyada bu il qış sərt keçdi, tüklü gəlməmişəm mən”x9d deyərdi. Serjant da otuz manatı şalvar cibində gizlədər (yəni bərkə düşəndə bu pulun öz pulu olduğunu demək üçün), iki yüz manatı da döş cibinə qoyardı. Və beləliklə serjant iki yüz manatla Nəriman rəisin hüzurunda bulunub həm pulu verər, həm də dilcavabı pul verənin dediyini çatdırardı.
Rəis tüklü gələnin kələyini başa düşürdüsə, serjant bir də o biri axşam filankəsin qapısını döyürdü və “Ay filankəs, Nəriman rəis kimin necə gəldiyini dəqiq bilir, sən öl, iki yüzə yaxın durmadı, deyir bəs rayondakı rəisə nə verim, Bir o qədər də üstünü düzəltsin. Ağlı başında olan Filankəs də üç-beş gün möhlət istəyib, üstünü düzəldib pulu təzədən Nəriman rəisə göndərirdi və bununla da məsələ bitirdi.
Yox, əgər tərəflər gözləmə mövqeyində qalırdılarsa, Filankəsin qapısı bir də yarım aydan sonra təkrar döyülürdü və bu dəfə gələn məhkəmələrdə üzəduran ”“ hal şahidliyi eləyən Hüseyn dayı olurdu. Hüseyn arvadı Güləsəri yanına alıb gedir, tapşırılan adamın qapısını döyürdü. Qapını açan kənd əhli, qabağında hal şahidi Hüseyni görəndə başa düşürdü ki, evi yıxılıb. Hüseyn ev sahibinə vəziyyəti başa salırdı: “Gözlətmisən rəisi. Dörd yüz demişdi, üstünə iki yüz də qoy işi bağlayaq. Yoxsa gələn ayın iyirmi ikisi məhkəmə olacaq. Qonşu kənddə dana itəcək, dananı sən aparmısan, mən də səni görmüşəm. Özün başa düş. Mən səni görməsəm, sənə yoldaş eləyəcək. Bir ayrısı ikimizi dana aparanda görmüş olacaq. Hərəmizə üç-beş il verəcəklər... Gəl işi uzatmayaq, yüz də mən gətirmişəm, al, qalanını da özün tap, aparım verim, işi bitirək.
Hüseyn dayı bununla özünün yaxşı adam olduğunu döydüyü qapıların yiyələrinə anlatmağa çalışırdı.
Gilənarın Maqsudu Rusiyaya payızın əvvəli getdi. Yaz qayıtmadı, iki il ötdü, üçüncü ilə keçdikləri yaz Maqsud Rusiyadan qayıtdı. Amma hamı kimi piyada deyil, minik maşınıyla gəldi. Gələn kimi də yuxarı məhəllədəki yerə üç kamaz Bakı daşı tökdürdü. Qum-sement aldı, ustalar gətirib ev tikdirməyə başladı. Xəbər yayıldı ki, yəqin Maqsud evlənəcək.
Nəriman rəis məhəllələri gəzib, Maqsudun həyətinə də baş çəkdi. “Görək də, ay Maqsud, görək rəisini necə sevindirəcəksən”x9d deyib getdi. Maqsud tərs adam idi və “Nəriman rəisin atasına borcum yoxdu”x9d deyə fikrindən keçirdi. Nəriman rəisin gəlişindən düz bir həftə sonra serjant Maqsudun qapısını döydü və “Nəriman rəis soruşur, bəs bizim haqq-hesab nə oldu?”x9d soruşdu.
Maqsud mindiyi maşına, cibindəki pula güvənib, “Get rəisinə söylə, dədəsinə borcum yoxdu”x9d dedi. Serjant eləcə də çatdırdı: “Rəis, Maqsud çox tüklənib, yolmaq lazımdı, deyir, rəisinin atasına borcum yoxdu.
Hal şahidi Hüseyn iki gün sonra Maqsudun qapısını döydü. Həmişəki kimi arvadı Güləsər yenə yanında idi. Maqsud həm də Hüseynin yaxın qohumu idi. Darvaza açıq olsa da Hüseyn qapını döydü. İstəsəydi, Hüseyn heç qapını döymədən, Maqsudun həyətinə daxil olar, lap həyətin o başınacan keçib gedərdi. Amma bu gəliş, o gəlişdən deyildi. Bu gəliş hökumət gəlişi idi, yəni rəisin tapşırığına əsasən icra olunan bir gəliş idi. Ona görə də qapı döyülməli idi. Elə bu gün səhər Nəriman rəis çağırıb tapşırmışdı: “Hüseyn, get, o Maqsud bibioğluna de ki, bizim haqq-hesabı çatdırsın, rayondakı rəislər gözləyirlər. Ağlını başına yığsın, yoxsa elə sənin özünü üzünə durğuzub, beş il basaram qoduqluğa.
Maqsud qapı döyülməsinə qapıya tərəf boylandı, Hüseyni görcək məsələni anladı, öz-özünə pıçıldadı: “Hal şahidi Hüseyn”x9d.
Hüseynin tökdüyü dillər Maqsud üçün yetərli olmadı. “Mənim heç kəsin atasına borcum yoxdur”x9d dedi. Hüseyn yenə gələn ayın neçəsindəsə olacaq məhkəməni xatırlatdı. Nəriman rəisin qura biləcəyi torlardan danışdı və arvadı Güləsərlə durub Maqsudun həyətini tərk etdi.
Maqsud həmin gecəni narahat yatdı. Bütün gilənarlılar kimi, qorxaq olmasa da başa düşdü ki, daha kənddə qalmaq olmaz. Səhər tezdən durub maşını işə saldı. Əvvəl Bakıya, sonra Rusiyaya gedəcəkdi. Yola çıxanda maşının radiosunu açdı, Zülfü Livaneli oxuyurdu: “Ak denize bir at başı kibi uzanan... Bəbəklər kan içində... Bu vatan bizim, bu cennet bizim, cehennem bizim...”x9d
Maqsud mahnının sözlərini dəyişib oxudu: “Dimdiyi Xəzərin mavi sularında, bir qartal kimi qanadlarını gərmiş bu vətən bizimdir. Bu cənnət bizim, cəhənnəm bizim...”x9d



































































































