Vergi Məcəlləsinə tətbiqi 2016 il üçün nəzərdə tutulan əlavə dəyişiklik zənnimcə yüksəkxa0 qiymətləndirilməlidir. Mən bunu Vergilər naziri cənab Fazil Məmmədovun xalqa fədakar xidmətindən doğan xüsusi təşəbbüsü kimi başa düşürəm. Bunu çoxları başa düşəxa0 bilməzlər.Təəssüf ki, bir qədər gecikdirilmişdir.xa0 Qeyd edim ki, bu dəyişiklik bəzi MDB ölkələrində tətbiq edilən Vahidxa0 Vergi anlayışının imitasiya edilmiş formasıdır.xa0 Bu gün iqtisadi fəaliyyətin müxtəlif sahələrinin kütləvi inhisarı vergi hesabxa0 fakturalarınınxa0 ƏDVxa0 məqsədləri üçün istifadəsində məhdudiyyətlər yaradır. Əlavə Dəyər Vergisinin ödəyiciləri şəffaf şəkildə deyil, ticarət dövrüyyələrini əldə edə bildikləri vergi hesab fakturalarında əvəzləşdirə biləcəkləri rəqəmə uyğunlaşdırmaq məcburiyyətində qalırlar. Beləxa0 vəziyyət isə vergidənxa0 yayınma faktlarının və bu kimi iqtisadi cinayətlərin artmasına şəraitxa0 yaradırdı. Bu da vergi yoxlamalarının aparılması üçün əsaslandırılmış qərarların ardıcıl təmin edilməsinə imkan verirdi. Çünki istənilən vergi ödəyicisinin ticarət dövriyyəsində yayındırılan rəqəmlər ola bilər. Beləliklə, sahibkarlıq subyektlərinə yersiz müdaxilələrin hətta vergi orqanlarınn əməkdaşları tərəfindən qanunsuz olaraq həyata keçirilməsi mümkünxa0 idi. Yəni hədə-qorxu gəlmək üçün faktların əldə edilməsi üçün xüsusi əziyyət tələbxa0 olunmurdu.
Bundan sonra isə dövriyyəsi 120 min manatdan artıq olan istənilən ticarət və ictimai-iaşə obyektləri 6 % - 8% vergi ödəməklə vergi münasibətlərinin sadələşdirilməsinə nail olacaqlar.
Digər məsələ isə Vergi Məcəlləsinin vergi hüquq pozmalarına görə tətbiq edilənxa0 maliyyə sanksiyalarının miqdarının beş dəfə artırılmasıdır. VM-in 58.7. maddəsində nəzərdə tutulan hallar üzrə tətbiq olunan maliyyə sanksiyası ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə təqvim ili ərzində ilk dəfə baş verdiyi halda 400 manat - 2000 manatla, ikinci dəfə isə 800 manat -xa0 4000 manatla, üçüncü dəfə 1200 manat isə 6000 mantala əvəz olundu.xa0
Vergi sistemininxa0 sadələşdirilməsi vergi ödəyicilərininxa0 qarşısında sanki şərt yaratmış oldu. Əlbətdə ki, yuxarıdakılar təqdirəlayiqdir. Amma hal-hazırkı iqtisadi mühiti nəzərə alsaq, sərtləşdirilmiş cərimə -sanksiya tədbirləri sahibkarların ödəmə qabiliyyətinə uyğun deyil. Digər tərəfdən isə vergi orqanlarının əməkdaşları tərəfindən rüşvət xarakterli əməllərin genişlənməsinə münbit şərait yarada bilər. Belə cərimələr sahibkar-məmur münasibətlərinin məhdudlaşdırılması kimi xüsusiyyətlərlə müşaiyyət olunmalıdır.
Daha bir gerçəklik isə ondan ibarətdir ki, ticarət obyektlərində xüsusilə ərzaq məhsullarının qiymətlərinin intensiv artımı baş verir. Onlar artıq realizə etməklə deyil, nəğd qaydada hesablaşmalar aparırlar. Pərakəndə satışlaxa0 məşğul olan ticarət obyektləri bu gün aldıqları malın üzərində əldə etdikləri gəlirlər də daxil olmaqla növbəti dəfə həmin malı ala bilmirlər.
Qiymətlərin ildırım sürətilə artması sahibkarların müflisləşmə risklərinin kəskin şəkildə yüksəlməsinə səbəb olub. Ona görə də ölkədə çoxsaylı iş yerlərinin bağlanması müşahidə olunur. Məncə, şəraiti nəzərə alaraq, cərimə və maliyyə sanksiyalarının artırılmasını təxirə salmaq və yaxud tətbiqini məhdudlaşdırmaq vacibdir. Bununla yanaşı, onu da xüsusi qeyd etməliyəm ki, belə bir şəraitdə vergi dərəcələrinin artırılması qiymət artımını, bu da iqtisadi böhranın inkişaf mərhələlərini sürətləndirəxa0 bilər. O ki qaldı VM-in 216. mad. 216.2. maddəsinə, Mədən Vergisi faydalı qazıntılara hər kubmetr üçün tətbiq edilən dərəcələrinxa0 2-4 dəfəxa0 artırılması tikinti mallarının satışında və ölkədə tikinti təsərrüfatında yaranacaq durğunluğun nəzərə çarpacaq dərəcədə dinamikləşməsinə səbəb olacaq.xa0
Ölkədə mövcud sosial iqtisadi vəziyyəti nəzərəxa0 alaraq təklif edirəm ki, bütün ölkə ərazisində müvəqqəti olaraq vergi güzəştləri və xüsusi iqtisadi mühitin elan olunması həyata keçirilsin. Ümid edirəm ki, belə bir addım sosial iqtisadi mühitin sabitləşməsinə qismən yardım edəxa0 bilər.
































































































