Yeni iqtisadi münasibətlər sisteminə keçidin başlanğıcı- “MTN işi”x9d

Hazırda oxunan: Yeni iqtisadi münasibətlər sisteminə keçidin başlanğıcı- “MTN işi”x9d

102261

MTN-nin, demək olar, əksər rəhbər kadrlarının vəzifədən azad edilməsi və bir çoxunun həbsə atılması ölkə ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Bu hadisələrxa0müxtəlif aspektlərdən analiz edilsə də, daha çox iki səbəb üzərində dayanılır:

1.xa0Ən ali milli təhlükəsizlik orqanımızın xarici bağlantıları və ölkədə müəyyən dəyişikliklərə hazırlaşmaları;

2. İqtisadi amillər.

Xarici amil arqumentinə inananlar köhnə kadrların MTN-dən təmizlənmə əməliyyatı qərarının gözlənilməzliyinə və Prezidentin MDB sammitindən geri döndükdən sonra bu addımı atmasına istinad edirlər. Sözsüz ki, bu ehtimal da istisna deyil və cəmiyyətə hələ də məsələnin mahiyyəti haqda müfəssəl informasiya verilmədikcə, bu versiyalar öz aktuallığını saxlayacaq.xa0

Ancaq MTN rəhbərlərinin cəzalandırılmasıyla eyni vaxtda atılan bir sıra addımlar məlum qərarın daxili amillərlə daha çox bağlı olduğunu, daha konkret desək, ölkədə yeni iqtisadi münasibətlərə keçid yollarının açılması üçün verildiyini göstərir və həyata keçirilən kompleks tədbirlərin tərkib hissələrindən biri təsirinixa0bağışlayır.

Bu iddianın nə qədər əsaslı olub-olmadığını anlamaq üçünsə, gəlin, həmin kompleks tədbirlərə daha yaxından nəzər salaq.

MTN rəhbərlərinin həbsindən dərhal sonra bir sıra mühüm qərarlara imza atıldı:xa0əvvəl Milli Məclisdə iş adamlarının əsassız yoxlanışlarını qadağan edən qanun qəbul edildi, daha sonra isə gömrüklərdə dəyəri 10xa0000 dollara qədər olan malların heç bir rüsum ödənmədən keçirilməsinə qərar verildi.

Xüsusilə Prezidentin son fərmanının ölkədə kiçik sahibkarlığı təşviq etmək məqsədi daşıdığı açıqca nəzərə çarpır. Nədən ki, bir çox kiçik sahibkarlar gömrüklərdən elə o dəyərdə mal keçirib xırda ticarətlə ailələrini dolandırırlar.

Bu fərmanlardan qabaq isə Nəqliyyat nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınması, xüsusilə taksi lisenziyalarının “Asan Xidmət”x9də tapşırılmasını da hesaba qatsaq, mənzərənin seyri tamamlanır.Görünən budur ki, ölkə rəhbərliyi məmur müdaxilələrindən işləməz hala gələn iqtisadiyyatımızın hərəkət imkanlarını genişləndirmək üçün bu addımları atıb.

Hakimiyyəti bu addımı atmağa vadar edən səbəblər də var.xa0Sirr deyil ki, bu zamana qədər neft hasilatı üzərində qurulmuş iqtisadiyyatımız işləməz hala gəlmişdi. Neftin dünya bazarında qiymətinin ucuzlaşmasıyla bərabər bir çox quyulardan hasil olunan “qara qızıl”x9dımız artıq rentabelliliyini itirmişdi. Nəticədə Azərbaycanın neft hasilatından qazanacağı pullar ötən illərlə müqayisədə ən azı 3-4 dəfə azalacaqdı.

Üstəlik,xa0Qərblə münasibətlərimizin korlanması şəraitində onların idxalatından asılı vəziyyətə düşən neft sektoru Azərbaycanı xaricdən gələ biləcək istənilən təxribatlar qarşısında gücsüz hala gətirmişdi.xa0Yəni Qərb hətta bizim neftimizi almaqdan imtina da edə bilərdi. Xüsusilə İranın dünya bazarına yenidən açılması və körfəz ölkələriylə amansız rəqabətə girməsi böyük neft hasilatçısılarının yeni bazarlar qazanmaq uğrunda yarışlarını şərtləndirirdi.xa0Azərbaycan kimi kiçik hasilatçıların bu yarışdan tamamilə uzaqlaşdırılması uzaq ehtimal deyildi.xa0Belə bir şəraitdə hakimiyyətin indiyə qədər yürütdüyü siyasəti davam etdirməsi tutduğunu buraxmayan kor inadına bənzəyər və ölkəni tamamilə tənəzzülə aparardı. Mövcud reallıqlar hakimiyyətdən neft sektoruna hesablanaraq qurulmuş iqtisadi münasibətləri dəyişdirməyi tələb edirdi.

Sual oluna bilər:xa0Kompleks şəkildə həyata keçirilən bu tədbirlər yetərlidirmi? Aparılan bu islahatlar Azərbaycanın yeni iqtisadi münasibətlərə keçməsinə tam zəmanət verirmi? Və daha hansı addımlar atılmalıdır?

Nə yazıq ki, bu və buna bənzər çoxsaylı suallara birmənalı cavab vermək mümkün deyil. O səbəbdən ki, qeyri-neft sektorunun inkişafı üçün daha çox işlər görülməli, planlaşdırılan layihələr yalnız kağız üstündə qalmamalı, onların həyata keçirilmə mexanizmi hərəkətə gətirilməlidir.xa0Hakimiyyətin bugünkü kadrlarıyla bu qədər çətin işi bacara biləcəyi isə çox da inandırıcı görünmür. Bizi bu qədər pessimizmə yuvarladan səbəblərə baxaq:

Əvvəla,xa0Azərbaycanın məmur ordusunun xarakteri istənilən mütərəqqi islahatları keçirməyə imkan verəcək səviyyədə deyil.xa0Korrupsiyaya bulaşmış, rüşvəti “hörmət”x9d kimi görən,xa0atdığı bir imzayla iqtisadi işlə məşğul olarsa, bir il tər tökəcəyi qədər çox pul qazanmaq anlayışına sahib insanlarla bu islahatlar yürüdülə bilməz.xa0Məsələn, Prezidentin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanının tam mənada icrası üçün iş adamı Azərbaycana gətirdiyi malın həqiqətən də 10 000 manat civarında olduğunu sübuta yetirməlidir. Bunu müəyyənləşdirmək yenə gömrük məmurunun insafına qaldığından, 1000 dollarlıq malın da dəyərindən 10 dəfə artıq göstərilməsi ehtimalı var. Hər şey yalnız rüşvətxor məmurların insafına qaldığından, Prezidentin bu xoşniyyətli fərmanının işləmək şansı yox dərəcədədir. Fikrimcə, ilk növbədə gömrüklərimiz bu cür korrupsiyaya bulaşmış məmurlardan yaxa qurtarmalıdır. Özü də Azərbaycan iqtisadiyyatını bu qədər çətin vəziyyətə saldıqları ittihamıyla ən aşağıdan tutmuş ən yuxarıya qədər hamısı layiqli cəzalarını almalıdırlarxa0ki, onların yerinə gələnlər “gözü çıxmış”x9d sələflərindən dərs alsınlar.xa0Əks halda, istənilən siyasət heç bir effekt verməyəcək.

İkinci, iqtisadi islahatlar yalnız gömrük və vergilər sistemindəki müəyyən dəyişiklərlə qalmamalı, ölkədə istehsalat sahələrinin inkişafı da təşviq olunmalıdır.xa0İndiki fərman və qanunların hamısı isə yalnız idxalat imkanlarını asanlaşdırmağa yönəlib. Yəni, Azərbaycana gətirilən malların daha ucuz başa gəlməsinə hesablanıb. Bu tədbirlər, təbii ki, bazarlarda qiymətlərin ucuzlaşmasına və bolluğun yaranmasına gətirib çıxaracaq. Amma bunlar müvəqqəti xarakter daşıyacaq.xa0İstehsal sahələri yaradılmadanxa0yalnız idxal təşviq olunarsa, qısa müddətdən sonra ölkə iqtisadiyyatı yenə böhran vəziyyətinə düşəcək və neftdən asılılıqdan xilas olmayacaq.

İstehsal sahələrinin yaradılması isə xüsusi dövlət proqramları əsasında keçirilməli, iş görmək istəyən insanlar buna təşviq olunmalıdır.xa0Atılacaq ilk addım isə azad rəqabət şəraitinin yaradılmasıdır.xa0Nə yazıq ki, illərlə oturuşmuş korrupsionerlərinxa0yaratdığı sosial təbəqələşmə bu siyasəti yürütməyə imkan vermir.xa0Azərbaycan iqtisadi-siyasi reallığı bir ovuc oliqarxın hökm etdiyi milyonlar üzərində qurulub.xa0Haram qazancla oliqarxa çevrilmiş bir ovuc insan qarşısında müflisləşmiş milyonların rəqabət imkanları xa0isə sıfra bərabərdir. Digər tərəfdən, oliqarx sənayesi da rəqabət mühitindən xoşlanmır, qarşısına çıxanı əzir, yox edir. Və buna görə onu qınamaq da olmaz. Çünki iqtisadi maraqlar bütün hallarda haqsız deyil, və iqtisadi münasibətlər zorakı yollarla yox, qanunla tənzimlənməlidir.

Ölkədə azad rəqabət şəraitinə münbit şərait yaradılması üçünxa0ilk növbədə oliqarxlaşmış nazirlər sıradan çıxarılmalıdır. Əks halda, sənayeləşmə siyasətinin effekt verməsi mümkün deyil. Bunu iki il bundan əvvəl dövlətin həyata keçirmək istədiyi sənayeləşmə proqramının uğursuzluqla nəticələnməsi də sübut edir. Baxmayaraq ki, həmin proqram çərçivəsində ölkədə hətta Avropa iş dünyasını qısqandıracaq böyük zavod və fabriklər inşa olundu.xa0Lakin bu fabrik və zavodlar iş adamları deyil, nazirlər tərəfindən yaradıldıldığından effektli fəaliyyət göstərə bilmədilər.xa0Bazar qazanmaq üçün başladılan rəqabət həmin zavod sahiblərini əllərindəki siyasi basqı vasitələrini işə salmağa sövq etdi. Nəticədə Azərbaycan sənayesinin yerli bazarla kifayətlənməsi monopoliyaların ortaya çıxmasına şərait yaratdı və ölkəni bugünkü ağır duruma sürüklədi.

Ən acınacaqlısı isə odur ki,xa0yerli istehlak bazarında heç bir rəqabətlə üzləşməyən bu fabrik və zavodların xaricə açılmaları belə mümkün deyil. Məsələ heç də onların xaricdəki rəqiblərindən daha zəif durumda olmalarında da deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, bir çox sənaye müəssisələri Avropa standartlarının belə üstündədir.xa0Onları xarici bazara çıxmalarının qarşısını isə yalnız bir amil kəsir: Rəqabətsiz mühitdə fəaliyyət göstərmələri və dolayısıyla, bazarın tələblərinə cavab vermək haqqında düşünməmələri, əksinə, istehlakçıları öz zövqlərinə uyğunlaşdırmağa çalışmaları. Sözsüz ki, rəqabətsizlik mühitinin mənfi nəticələrinəxa0həm də qiymət siyasətini əlavə etmək olar.Hazırda hansısa nazir-oliqarxların qurduğu həmin fabriklər rəqabətsiz mühitin yaratdığı şəraitdən istifadə edib istədikləri mala istədikləri qiyməti qoya bilirlər.xa0“Dədəm mənə kor deyib, gəlib gedəni vur deyib”x9d iqtisadi anlayışıyla isə Biləcəridən o tərəfə adlamaq mümkün deyil.

Biləcəridən o tərəfə keçməyəndə isə istər-istəməz ölkəyə əlavə xarici kapital gətirmək də müşgülə çevrilir, nəticədə neft hasilatından asılılıq aradan qalxmır.xa0Əksinə, yalnız daxili bazara işləmək və bunu gömrüklərdə yaradılan zorakı vasitələrlə həyata keçirmək onunla nəticələnir ki, ölkənin yeganə qazanc mənbəyi sayılan neftxa0gəlirlərixa0bir neçə əldə cəmlənir. Beləcə, azad rəqabət mühiti daha çox iflasa uğrayır.

Azərbaycan siyasi iradəsi bu tendensiyanın qarşısını almaq üçün iki mühüm addım atmalıdır. Əvvəla, həmin oliqarx-nazirlərin qarşısına iki seçim qoyulmalı, onlardanxa0“ya nazirlik, ya da iş adamı”x9dseçənəklərindən birinə üstünlük vermələri tələb olunmalıdır. Necə ki, buna bənzər tələb məmur-deputatların qarşısına qoyulmuşdu. Eyni təcrübədən indi nazirlər də öz nəsiblərini almalıdırlar.

İkinci ən mühüm addım isəxa0həmin oliqarx-nazirlərin korrupsiya yoluyla topladıqları bütün əmlaklarının müsadirə olunmasıdır. Əks halda, haram yolla qazanılan bu qədər geniş imkanlarıyla onların azad rəqabət mühitində başqa alternativlərini sıradan çıxarmasının qarşısını almaq qeyri-mümkündür.

Sözsüz ki, bu vaxta qədər naz-nemət içərisində yaşayan, alın tərinin nə demək olduğunu bilməyən oliqarx-nazirlərin bu təkliflərləxa0razılaşmasını gözləmək sadəlövhlük olardı.xa0Bu zaman isə onlara iş adamlarının başına kələf olan MTN generallarının taleyi xatırladılmalı, 3-cü variantxa0kimi bu versiyanı seçib-seçməmək hüquqlarının olduğu diqqətlərinə çatdırılmalıdır.

Əmlakın müsadirə olunması ilk baxışdan ədalətsiz hal kimi görünə bilər.xa0Ancaq o əmlakların ümumxalq büdcəsindən oğurlandığını, Azərbaycan xalqının sərvətlərinin qəsb edilməsi hesabına başa gəldiyini düşünsək, müsadirə olunmamaq ehtimalı daha ədalətsiz görünür.Millətin malının millətə qaytarılması milliləşdirmə siyasətidir və Azərbaycan siyasi iradəsi beynəlxalq təcrübədə dəfələrlə istifadə edilən bu metoddan faydalanmaqdan çəkinməməlidir.

Əlbəttə ki, milliləşdirmə siyasəti keyfi üsullarla aparılmamalıdır. Müəyyən qanunlar qəbul olunmalı və bu siyasətin yürüdülməsixa0üzərində ictimai nəzarət formalaşdırılmalıdır.

Aparılacaq ən mühüm islahatlardan biri dəxa0məmurlar arasında ciddi ixtisarların aparılması və korrupsiyaya qarşı amansız mübarizədir. Bu gün Azərbaycan insanı pul qazanmağın ən asan yolunu məmur olmaqda görür və əlində imkanı olanların hamısı rüşvət verərək bir dövlət idarəsində işəxa0düzəlməyə çalışırlar. Çünki korrusiyalaşmış rejimdə yeganə gəlirli sahə də elə budur. Halbuki, azad rəqabətin hegemon olduğu topluluqlarda ən kasib adamlar məmurluq taleyinə boyun əyməli olurlar. İmkanı olan isə pulunu iş həyatına yatırır, nəticədə ölkə iqtisadiyyatı da inkişaf edir. Azərbaycan insanı məmurluğun ən yaxşı gəlir mənbəyi olduğuxa0inancından əl çəkmədikcə, ölkəmizin bu ağır böhrandan qurtulma şansı yoxdur.

Təbii ki, islahatlar yalnız iqtisadi addımlarla qalmamalı, bir sıra siyasi və hüquqi dəyişikliklər də həyata keçirilməlidir. Yeni cəmiyyət quruculuğu hadisələrə yeni yanaşmanı tələb edir. Azərbaycan siyasi iradəsi bu yanaşmanı həyata keçirməkdən əsla geri qalmamalı, başlatdığı islahat tədbirlərini daha da genişləndirməyə çalışmalıdır. xa0

Heydər Oğuz

Strateq.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin