Toyda mahnı üstündə dava düşdü - 1 nəfər bıçaqlandı

Hazırda oxunan: Toyda mahnı üstündə dava düşdü - 1 nəfər bıçaqlandı

99104
Ağstafada musiqi sifarişi üstdə düşən dava bıçaqlanma ilə nəticələnib.

Moderator.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində keçirilən toy mərasimində qeydə alınıb. Məclisə dəvət alan Həsən və Boris Məmmədovlar yeyib-içdikdən sonra rəqs etmək üçün musiqi sifariş ediblər.

Həsən Məmmədov ailəsi ilə rəqs edərkən, Boris Məmmədov musiqini dayandırıb. Qəzəblənən Həsən Məmmədov həmin şəxsi bıçaqlayaraq toydan çıxıb.

Dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılan zərərçəkənin həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Həsən Məmmədov isə saxlanıb. Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin