Bakıda viza almaq istəyən şəxsi aldatdılar

Hazırda oxunan: Bakıda viza almaq istəyən şəxsi aldatdılar

97642
Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. 

Moderator.az lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına müraciət edən 1974-cü il təvəllüdlü Nuriyev Fariz Vəli oğlu bildirib ki, Vüsal adlı şəxs onun xeyli miqdarda pulunu mənimsəyib. 

Şikayətçi qeyd edib ki, avqust ayında Xəqani bağında həmin şəxsə onun üçün viza düzəltməsi üçün 400 dollar və 800 manat pul verib. 

Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq həmin şəxs vədinə əməl etməyib və aldığı pulu da geri qaytarmayıb.

Müraciət əsasında araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin