Ağdamda qadınlardan ibarət oğru dəstəsi tutuldu - FOTO

Hazırda oxunan: Ağdamda qadınlardan ibarət oğru dəstəsi tutuldu - FOTO

97325

Ağdam rayonunda oğurluqla məşğul olan qrup üzvləri saxlanılıb.  

Moderator.az apa-ya istinadən xəbər verir ki,  Ağdam sakini Fərhad İsmayılov şöbəyə ona məxsus dükandan kişi geyimlərinin oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1965-ci il təvəllüdlü Sona Nadirova, 1967-ci il təvəllüdlü Qumru Nadirova, 1975-ci il təvəllüdlü Gülnaz Seyidova və 1967-ci il təvəllüdlü İsmayıl Nadirov saxlanılıb.
 
İ. Nadirovun avtomobilindən dükanlardan oğurlanan paltarlar aşkarlanıb. Qadınlar əməllərini etiraf ediblər. İstintaq zamanı onların qohum olduğu, eyni zamanda qadınların başqa dükanlardan da oğurluq etdiyi məlum olub. Faktla bağlı Ağdam rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin