Azərbaycanlı biznesmen barəsində həbs qərarı çıxarıldı

Hazırda oxunan: Azərbaycanlı biznesmen barəsində həbs qərarı çıxarıldı

94735
Almaniya hökuməti əslən Azərbaycandan olan biznesmen Rza Zərrab haqqında həbs qərarı çıxarıb.
 
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rza Zərrabın həbsi ilə bağlı qərarın çıxarılması xahişinin İran tərəfindən edildiyi iddia olunur.
 
İddialara görə, rəsmi Tehran Almaniya hökumətindən Rza Zərrabın həbsini xahiş edib. O, qızıl qaçaqmalçılığına görə İranda həbs olunan gənc milyarder Babek Zencani ilə əlbir olmaqda günahlandırılır.
 
Xatırladaq ki, Rza Zərrab Türkiyənin populyar müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin