Prodüserin evini soymuş Aysel tutuldu

Hazırda oxunan: Prodüserin evini soymuş Aysel tutuldu

93654
Moderator.az-ın  ans press-ə istinadən məlumatına görə, Masazırda yaşayan prodüserin evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 

Abşeron RPİ əməkdaşlarının 17 avqustda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Masazır qəsəbə sakini Aysel Abdullayeva artıq tutulub.

Roland Bayramovun evini qarət edən xanım onun qonşusudur. Bu səbəbdən də prodüser məsələni uzatmaq fikrində deyil. Qonşusunun həbs olunmasının tərəfdarı olmayan R.Bayramov, oğurlanan pullar və qızıllar qaytarılarsa, onu bağışlamağı düşünür.

Roland Bayramov şou-biznesin bir çox tanınmış nümayəndələri ilə işləyib. Onun adı daha çox Rəqsanə İsmayılova və Natavan Həbibinin prodüseri kimi hallanıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin