Sərnişin bıçaqlandı - Bakı-Gəncə avtobusunda

Hazırda oxunan: Sərnişin bıçaqlandı - Bakı-Gəncə avtobusunda

92543
Bakı-Gəncə avtobusunda bıçaqlanma hadisəsi baş verib. 

Moderator.az-ın report-a istinadən xəbərinə görə, Bakıdan Gəncəyə gedən “Mercedes”x9d markalı sənişin avtobusunda Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Akşin Cəmşid oğlu Cəbrayılovla avtobusun digər sərnişini, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qüdrət Səfa oğlu Mövsümov arasında Kürdəmir rayonu ərazisində mübahisə yaranıb. Mübahisə nəticəsində Akşin Cəbrayılov üzərində gəzdirdiyi bıçaqla Qüdrət Müvsümova bir neçə bıçaq xəsarəti yetirib.

Q.Mövsümov Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Hadisə yerindən qaçan Akşin Cəbrayılov isə Kürdəmir Rayon Polis Şöbəsində yaradılmış əməliyyat-axtarış qurupu tərəfindən gecə saatlarında rayon ərazisində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, A.Cəbrayılov əvvəllər də quldurluğa görə məhbus həyatı yaşayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin