Bunu Moderator.az - a açıqlamasında tanınmış hüquqşünas, ötən ilin sonunda 14 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxmasından bir neçə gün öncə həmin "kalon"da baş vermiş iğtişaşlar zamanı Elşad Babayevin qətlə yetirilməsiylə bağlı cinayət işinə xitam verilməsinə mərhumun bacısı Simuzər Babayevanın etiraz etməsinə münasibət bildirirəkən deyib.
Xatırladaq ki, Simuzər Babayeva mətbuata açıqlamasında qardaşının qətlə yetirilməsiylə bağlı işə xitam verilməsindən danışarkən vəkil Qurban Məmmədovun hələ də dindirilməməsini bildirib:
“Yanvarın 29-da baş prokurorun 1-ci müavini Rüstəm Usubov məni qəbul edəndə demişəm ki, cinayət işinin bu cür aparılmasına etiraz edirəm. Qardaşımı dekabrın 13-də vəhşicəsinə döyüblər. Ancaq 22 dekabradək, yəni ölən günədək onun yanına həkim buraxılmayıb. Mənim qardaşıma yemək və su verməyiblər. Mən Usubovdan soruşdum ki, nə üçün mənim qardaşımla "kars"da olan və onun ölümünə şahid olan Zaur adlı məhkum bu günədək dindirilməyib. Tələb etmişdim ki, vəkil Qurban Məmmədov dindirilsin.
Çünki o, mətbuatda açıqlama verib ki, qardaşımın ölümü ilə bağlı çox fakt bilir. Hələ onda Rüstəm Usubov yanındakılara göstəriş verdi ki, Zaur və Qurban Məmmədov dindirilsin. Dindirməyiblər."


































































































