Bəhruz Hacıyevi saxlayaraq şöbəyə gətirən polislərin də izahatı alınıb

Hazırda oxunan: Bəhruz Hacıyevi saxlayaraq şöbəyə gətirən polislərin də izahatı alınıb

92004
Mingəçevirdə narkotik vasitələrin istifadəsinə və satışına görə şübhəli şəxs qismində saxlanılaraq dindirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinə aparılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun ölümü ilə bağlı araşdırmalar davam etdirilir.
xa0
xa0Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib.
xa0
xa0C. Məmmədov bildirib ki, hadisə ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb və barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır : "O, dindirilmə zamanı vətəndaşı nəzarətsiz buraxaraq hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib və intihar hadisəsi baş verib. Ona görə də Şahlar Şahlarzadə həbs edilib. Həmçinin, Bəhruz Hacıyevi saxlayaraq polis şöbəsinə gətirən 3 polis əməkdaşının izahatı alınıb, araşdırma davam etdirilir”x9d.
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin