Bakıda keçmiş polis bıçaqlandı

Hazırda oxunan: Bakıda keçmiş polis bıçaqlandı

91375
Gecə saatlarında Bakının Xətai rayonunda keçmiş polis əməkdaşı bıçaqlanıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, təcili  tibbi  yardım  avtomobili  ilə  3 saylı  Şəhər Kliniki Xəstəxanaya içkili vəziyyətdə olan naməlum şəxs gətirilib. Onun bıçaqlandığı məlum olub. 

Əməliyyat olunan yaralının həyatı xilas edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmalar  nəticəsində yaralının  33 yaşlı  Samir  Cəfərov  olduğu müəyyən edilib. O, keçmiş polis əməkdaşıdır. Yaralı ilkin ifadəsində bildirib ki, onu  metronun  "Əhmədli"  stansiyasının  qarşısında  tanımadığı  şəxs  bıçaqlayıb.

Faktla bağlı Xətai  rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin