Lənkəranda evə hücum - Ailənin dörd üzvü bıçaqlandı

Hazırda oxunan: Lənkəranda evə hücum - Ailənin dörd üzvü bıçaqlandı

90618
Lənkəranda quldurluq hadisəsi baş verib. Moderator.az APA TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.xa0


Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 22 yaşlı Qalib Əhmədzadəyə, qızı, 20 yaşlı Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.xa0

Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara həkimlər tərəfindən zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin