Gürcüstanda azərbaycanlılara qarşı əməliyyat keçirildi

Hazırda oxunan: Gürcüstanda azərbaycanlılara qarşı əməliyyat keçirildi

90326
Tbilisidə Narkotiklərin qanunsuz dövriyyəsi İdarəsinin əməliyyatı nəticəsidnə iki polis xəsarət alıb. 

Oxu.Az “Sputnik-Georgia”x9d agentliyinə istinadla xəbər verir ki, əməliyyat DİN əməkdaşları tərəfindən avqustun 11-də Poniçala rayonunda keçirilib. 

“Hüquq-mühafizə əməkdaşları Poniçalaya gedən Toyota markalı avtomobilin sürücüsünə saxlamaq əmri verib. O, polislərin qanuni tələbinə məhəl qoymayaraq müqavimət gpstərib və polisin ximdəti maşını ilə toqquşub. Bundan sonra o, soyuq silahla iki polisə xəsarət yetirib və qaçıb”x9d, - DİN-nin məlumatında deyilir. 

Məlumata əsasən, sərnişin Namiq P. də polislərə müqavimət göstərib və saxlanılıb. 

Saxlanılan şəxsin üzərində və avtomobildə aparılmış axtarış zamanı polislər 26 bağlama toza bənzər maddə aşkar ediblər. Tapılan bağlamalar ekspertizaya verilib. 

Namiqə qarşı “Narkotiklərin qanunsuz saxlanılması”x9d və “Polisə müqavimət göstərmə”x9d maddələri ilə cinayət işi açılıb. Avtomobildə olan ikinci şəxsin axtarışları davam etdirilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin